"Sizi Azərbaycanda salamlayıram, gəlişinizə şadam. Mən bilirəm ki, siz Ağdamda və Füzulidə olmusunuz, işğalçı qüvvələrin bizim şəhərləri viran qoyduğunu özünüz görmüsünüz. Vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb. Füzulidə bircə salamat bina yoxdur. Ağdamda da bütün binalar sökülüb, yalnız qismən dağıdılmış məscid qalıb. O da, mənim dediyim kimi, sonradan məlum olub ki, yalnız Azərbaycan Ordusunun bu istiqamətdə hücum edəcəyi halda baş verə biləcək artilleriya zərbələrinin oriyentiri kimi ərazidə səmtləşdirmək üçün qalıb".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edən zaman deyib.
"Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb. Təkcə şəhərlər yox, kəndlər də. Siz Füzuliyə, Ağdama gedəndə yol boyunca yəqin ki, tamamilə dağıdılmış kəndləri görmüsünüz. Bütün bu dağıntılar Birinci Qarabağ müharibəsi başa çatandan sonra törədilib, məhz bu ərazilərdə Azərbaycanın mədəni irsinin izlərini məhv etmək üçün. Həm də ondan ötrü ki, azərbaycanlıların bu ərazilərə qayıtmalarına heç vaxt imkan verməmək üçün, eləcə də sırf oğurluq, qarət üçün. Vandallar və oğrular pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb aparıblar. Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir. Özü də, işğalın ilk illərində Ermənistanın əvvəlki hakimiyyəti bu faktları gizlədirdisə, indiki hakimiyyət bununla fəxr edir, internetdə və özünün kütləvi informasiya vasitələrində Yaxın Şərqin digər dövlətlərinin erməni millətindən olan vətəndaşlarının buraya gəlməsi, Şuşada və digər şəhərlərdə məskunlaşması barədə videoçarxları nümayişkaranə şəkildə dərc edir, bununla da həm beynəlxalq hüquq normalarına, həm də insani əxlaq normalarına tam etinasızlıq göstərirdi.
Bir də, hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin mənim fikrimcə, XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib", - dövlət başçısı əlavə edib.
"XX əsrdə belə barbarlıq, vandalizm görünməyib" - Prezident
19
yanvar
16:48
Qarabağ
KOMMENTLƏR
İlham Əliyev Bağdad Amreyevi videoformatda qəbul etdi
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Ərdoğan danışdı, onlar güldülər
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı