“Qaradağ ərazisindəki qəbristanlıqda dəfn olunan şəhidlərlə bağlı məsələyə şəhidlərin o yerdə dəfn olunmasını təşkil edən qurumlar tez reaksiya verməli idilər. Ancaq bu olmasa da, indi vəziyyəti düzəltməyə çalışırlar. Şəhid ailələrinin istəyinə uyğun olaraq bu prroblem həll olunacaq”.
Bunu açıqlamasında Qaradağın millət vəkili Aydın Hüseynov deyib. O, bildirib ki, bu problemin qarşısı rahatlıqla alına bilərdi: “Buna baxmayaraq, artıq həlli yolunda addımlar atılıb. Onların Fəxri Xiyabanda dəfn olunacaqları ilə bağlı isə fikir səsləndirə bilmərəm”.
Aydın Hüseynov qeyd edib ki, şəhidləri inzibati bölgüyə əsasən, seçmək düzgün deyil: “Mən onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin hər biri bizim üçün əzizdir. Sadəcə olaraq inzibati baxımdan qəbiristanlıq Qaradağ ərazisinə düşür. Şəhidlər özləri isə Yasamaldan, Binəqədidən və digər rayonlardandır. Çünki Qaradağ rayonundakı həmin ərazi şəhər qəbiristanlığı sayılır. Bütün ölkənin hər yerindən orada dəfn olunanlar var.
Orada dəfn olunan şəhidlərin heç biri Qaradağ rayonunda qeydiyyatda olan, hərbi komissarlıqdan çağırılanlar deyil. Qaradağın özündən olan şəhidlər başqa yerlərdə dəfn olunub. Sözügedən problemlə bağlı müvafiq tədbirlər görüləcək. Hər bir şəhid ailəsinə dövlət tərəfindən qayğı göstərilir”.
Millət vəkili bildirib ki, məsələ öz həllini şəhid ailələrinin istəyinə uyğun olaraq tapacaq: “Onlar dəfn olunarkən belə bir hal yox idi. Bakının relyefi elədir ki, yeraltı sular ola bilər. Sosial şəbəkələrdə bunu qabardanlar çox səhv edirlər. Biz böyük bir qələbə əldə etmişik. Həmçinin müharibədən çıxmışıq, itkilərimiz var. Birlikdə olub güclü şəkildə ermənilərə qarşı qələbə çaldığımız kimi, belə məsələlərdə də bir olmalıyıq. Bu halları qabardanlar düşmən dəyirmanına su tökərək, şəhidlərin adından istifadə edərək özlərini gündəmə gətirirlər”.
Xatırladaq ki, 17 şəhid ailəsi övladlarının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn edilməsinə etiraz edir və onlar müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldıraraq məzarların köçürülməsini tələb edirlər. Buna səbəb kimi isə övladlarının məzarlarının qurunt sularının altında qaldığını göstərirlər.
Qaradağda dəfn olunan şəhidlərin məzarları köçürüləcək? – Deputatdan açıqlama
27
yanvar
11:18
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı