Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasındakı (AIBA) işini davam etdirir.
Bu barədə Oxu.Az-a ABF-nin mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov bildirib.
Dekabrın 12-də onlayn şəkildə AIBA-ya prezident seçkiləri keçirildi. S.Mikayılov namizədlərdən biri olsa da, səs toplaya bilmədi. Bu posta Rusiya Boks Federasiyasında baş katibi Umar Kremlyov seçildi.
Bununla belə, S.Mikayılov qurumun Direktorlar Şurasında İcraiyyə Komitəsi və Büro üzvü kimi təmsil olunmağa davam edir. 3 noyabr 2018-ci ildən bu postda yer alan S.Mikayılov AIBA-nın seçkiləri keçiriləcək növbəti Konqressinə kimi vəzifəsində qalacaq. Həmin Konqress isə növbəti il - 2022-ci ildə keçiriləcək.
Bundan başqa, AIBA quruma baş katib də daxil olmaqla yeni komitələrin tərkibini müəyyənləşdirməyə başlayıb. Bunun üçün federasiyalar AIBA-nın Marketinq Komitəsi, Yarışlar Komitəsi, Hakimlər Komitəsi, Məşqçilər Komitəsi, Çempionlar və Veteranlar Komitəsi, Qadınlar Komitəsi, Tibb və Anti-dopinq Komitəsinə fevralın 1-dək öz namizədlərini göndərib.
ABF-dən verilən məlumata görə, Azərbaycandan da namizədlər təqdim olunub. Həmin postlara namizədlər təsdiqləndikdən sonra adlar açıqlanacaq.
Qeyd edək ki, hazırda Süleyman Mikayılov AIBA-nın Marketinq Komissiyasında təmsil olunur.
Qaradağın icra başçısı AIBA-dakı postunu itirib?
03
fevral
11:30
Qarabağ
KOMMENTLƏR
İcra başçısı 16 milyonluq borcdan danışdı
Eldar Əzizovdan Qaradağın icra başçısına töhmət verilməsinə — MÜNASİBƏT
Energetika Nazirliyinə yeni mətbuat katibi təyin olundu
“Lotu Quli”nin qatili onun videosunu “Qara Qafur”un qohumuna niyə göndərib...
46 yaşlı departament direktoru 24 ildən sonra yenidən ali məktəbə qəbul olundu
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı