“Sipark” tikinti şirkəti üç ildən artıqdır ki, Bakının Təbriz küçəsində pilot layihəsini başa vurmur.
Reportyor.info xəbər verir ki, evləri sökülən və kirayəyə köçürülən 150 ailə indiyə qədər yeni binanın tikintisini gözləyirlər. Şirkət isə hər dəfə bir səbəb göstərərək mənzillərin təhvil verilməsini gecikdirir.
Son dövrlərdə isə “Sipark” sakinlərə kirayə pullarının verilməsini yubadır, insanları get-gələ salır, incidir, narazılıq yaradır.
Bu da ciddi etiraz doğurub və payçılar şirkətin ofisinə toplaşıblar. Onlar etiraz aksiyası keçirərək haqlarını tələb ediblər.
“Sipark”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi İradə Məmmədova bildirib ki, insanlar etiraz aksiyası keçirib, onların narazılığı haqlı şikayətdir.
“Qrunt suları çıxmışdı, tikinti yubandı. Amma o demək deyil ki, binanı təhvil verməyəcəyik. Qorxmağa, çəkinməyə əsas yoxdur. Rəhbərliklə iclasımız olub. Bu ilin sonuna təmirə təhvil veriləcək.
Bütün ailələr kirayə pulu ilə təmin edilir. Beş-on gün gecikmə ola bilər, amma hamı kirayə pulunu alır.
Başa düşürük ki, kirayədə qalırsınız, əziyyət çəkirsiniz. Amma mənzillərin təhvil verilməsində gecikmənin müəyyən səbəbləri var, o da ilin sonuna yekunlaşacaq”.
Sakinlər isə deyirlər ki, kirayə pulunu verəndə adamı təhqir edirlər, kirayə haqqını gecikdirirlər, hətta 10-12 gün çəkir: “Kənan müəllim deyir ki, kimə istəyirsən, şikayət elə.
Get-gələ salırlar, hər gün gözlədirlər, 1 saat gözlə, səbrli ol, beləcə axşam olur, get, sabah gəl. Beləcə adam hövsələdən çıxır. Ümumiyyətlə, binanın tikintisi zamanı avtomobillərin saxlanması nəzərə alınmayıb, indidən ərazidə tıxacdır. Əvvəlki layihə deyil, tamam başqadır”.
Sakinlər “Sipark” şirkətinə üsyan edir: - mənzillər verilmir, kirayə pulları yubadılır
10
fevral
11:28
Qarabağ
KOMMENTLƏR
3 ildir "Sipark" İnşaatdan ev gözləyən sakinlər etiraz aksiyasına başladı - Video
Sakinlərin bitməyən "SİPARK" problemi... - GİLEY
“Sipark İnşaat” insanları evsiz qoyub, kirayə pullarını verməkdə də çətinlik çəkir - ŞİKAYƏT
"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı