Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan acınacaqlı vəziyyətdə yaşayır. O, bir müddət öncə “Elgizlə-izlə” proqramına qonaq olarkən sığınacaqda qaldığını, lakin 6 aylıq vaxtın bitdiyini və qalmağa yerinin olmadığını söyləyib.
Yaxın günlərdə isə “CARÇI” araşdırma mərkəzinin rəhbəri, araşdırmaçı-jurnalist Sərxan Carçı onunla qarşılaşıb. Həmkarımız Feysbuk profilində status yazaraq Çingiz Aslanla avtobusda rastlaşdığını deyib:
“Avtobus sürücüsü sərnişinə qışqırırdı:
- Kartın yoxdursa minmə.
Dedim niyə qışqırırsan, mən ödəyərəm. Sərnişini görəndə dəhşətə gəldim. Adam, hamımızın sevimlisi, Xalq Artisti Səyavuş Aslanın oğlu idi. Mənzərə həqiqətən pis təsir etdi”.
Sərxan bəylə əlaqə saxlayıb, bu haqda ətraflı məlumat öyrəndik. O, “Sherg.az”a bildirdi ki, Səyavuş Aslanla və xanımı ilə münasibətləri olub:
“Kitab pasajında işləyirdim, Səyavuş müəllim də ora yaxın yerdə yaşayırdı. Oğlunu da tanıyırdım, bir neçə dəfə görmüşdüm. Yaxınlarda televiziyadan xəbər tutdum ki, maddi durumu yaxşı deyil. Avtobusda əvvəlcə o, olduğunu bilmədim. Sürücü kiməsə qışqırırdı ki, kartın yoxdursa, düş. Şoferə dedim ki, mən ödəyərəm.
Sonra Səyavuş Aslanın oğlu olduğunu gördüm. Gəldi, yanımda oturdu, mənzil başına çatana qədər dərdləşdik. Demək düzgün çıxmır, amma müəyyən qədər maddi yardım da etdim.
Efirdən ona bir iş adamının sahib çıxdığını eşitdiyimi bildirdim. Cavab verdi ki, yalan söhbətdir. Dedim, qardaşının vəziyyəti də yaxşıdır.
Qayıtdı ki, onun da durumu pisdir. Sonra söylədi ki, blokda yatıram, mənə dəstək ola bilərsənmi?
Söylədim ki, Vallah bacardığımı etdim və durumunu ictimailləşdirəcəm, bəlkə kimsə dəstək olar. Statusa da rəylər gəldi, bir neçə nəfər paylaşdı.
Jurnalistin işi də nəyisə yaymaq, işıqlandırmaqdır. Ondan başqa nə isə edə bilmirik. Soruşdum ki, nömrən varmı, bəlkə, sənə kömək etmək istəyən oldu. Dedi ki, yoxdur.
Təki, sahib çıxan olsun, tapmaq mümkündür. Bəlkə, teatrdan, yaxud da iş adamları, xeyriyyəçilər dəstək olmaq istəyər. O zaman axtarmaq olar”.
“Səyavuş Aslanın oğlu blokda yatır, dəstək umur” - "...başqa nə isə edə bilmirik"
18
fevral
17:27
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı