“6-cı mərtəbə” şirkətinin 10-a yaxın əməkdaşı karantin dövründə işdən çıxarıldığını deyir. DİA.AZ xəbər verir ki, bu barədə danışan həmin şikayətçilərin sözlərinə görə, şirkət “Şərq bazarı”nda təmirlə məşğul olub.
“Mən oktyabr ayında şirkətdə fəhlə kimi işə düzəlmişəm. Bizimlə müqavilə bağlandı, fəhlə kimi gündəlik 18-20 manat ödəniləcəyi bildirildi. Bizə demişdilər ki, 540-550 manat maaş ödəniləcək. Amma heç 350 manat vermədilər. Ağır şəraitdə işlədiyimizdən pulun artırılmasını tələb etdik, buna görə də 3 aydan sonra xəbərdarlıqsız işdən çıxarıldıq”,-şikayətçilərdən biri deyib.
Şikayətçilər hələlik adlarının açıqlanmasını istəmirlər. Çünki iş tapmaqda çətinlik çəkirlər, deyirlər ki, işlədikləri şirkətdə haqsızlığa etiraz edənləri digər qurumlar fəhlə kimi də olsa, işə götürmək istəmirlər: “Biz işdən çıxandan sonra dedilər ki, şirkətlə müqavilənin bir nüsxəsi də sizə verilməli idi. Fəhlələr, ustalar müqaviləni oxumurlar, əslində, oxusaq da, nə yazıldığını çox da bilmirik. Bizə 18 manata imza atdırıb, 40-50 manatlıq iş gördürürdülər. Sonradan dedilər ki, müqavilənin vaxtı bitib. Bizə əvvəlcədən xəbərdarlıq etmədilər ki, vaxtında özümüzə iş axtaraq. Heç neçə aylıq müqavilə bağlanıldığını da bilmədik. Bizim tələbimiz işlədiyimizin müqabilində pulumuzun ödənilməsidir. Maaşlarımız da qalıb, ödənilməyib. Beton tökülüb, biz dağıtmışıq, yük daşımışıq, mala işləri eləmişik. İndi bizi qəbul edib dərdimizi dinləmirlər, mühafizəçilər yaxına buraxmırlar”.
Şikayətçilərin sözlərinə görə, onlar müdir kimi Atəş adlı şəxsi tanıyıblar. İşçilər məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət ediblər.
“6-cı mərtəbə” şirkətinin rəsmi səhifəsində şirkətin 1994-cü ildə yaradıldığı, Bakı və Sumqayıtda bir çox layihənin reallaşmasında iştirak etdiyi qeyd edilib. Şirkət memarlıq və tikinti layihələndirilməsi, interyer və eksteryerlərin dizaynı və layihələndirilməsi, tikinti, bərpa, rekonstruksiya, təmir işləri həyata keçirir. Şirkətə məxsus istehsalat sahələri- daş və dəmir sexləri, mebel fabriki var. Şirkətin tabeliyinə xaricdən gətirilən eksklüziv oboy, keramika və santexnika materiallarının satışını təşkil edən salonlar, qapı və pəncərə sexi də var. Şirkət həmçinin beton istehsalı ilə də məşğul olur. O bir neçə dövlət müəssisəsində, o cümlədən 2014-cü ildə Dövlət Təhlükəsizlik Xidmətində təmir-tikinti işləri aparıb.
“Bizə 18 manata imza atdırıb, 40-50 manatlıq iş gördürürdülər” - GİLEY
19
fevral
10:58
Qarabağ
KOMMENTLƏR
"Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik..." - ACINACAQLI MƏNZƏRƏ...
"“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" - GİLEY
Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - Qalmaqal
Yanvar ayında da 190 manat veriləcək?
Gilan Orchards MMC qanunlara tabe olmur - GİLEY
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı