Azərbaycanda koronavirus pandemiyası ilə mübarizəyə cəlb olunan orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqları və ona edilən əlavələrin ödənməməsi ilə bağlı məlumatlar yayılıb.
Azərbaycan Tibb Universitetinin həkim-radioloqu Aydın Əliyev bununla bağlı sosial şəbəkələrdə video paylaşıb.
O qeyd edib ki, çox sayda tibb işçisi ötən ayın əlavələrini ala bilməyib: “Məndə olan məlumata görə, hətta təcili tibbi yardımın həkimləri dekabr ayının da ödənişini ala bilməyib. Nəzərə alaq ki, bir çox tibb işçisi koronavirusla mübarizədə virusa yoluxub. Ona görə də həkimlərin haqqına girmək olmaz. Bəzən tibb bacısı və ya xadimə bizə deyir ki, yol pulumuz yoxdur. Aidiyyəti qurumlar ödəniş məsələsinin Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid olduğunu deyir. İş tələb edəndə və ya hansısa qüsur olanda cəzalandırmalar olur, ancaq əmək haqları məsələsi olanda hər kəs yaxasını kənara çəkir”.
Məsələ ilə bağlı ATU-dan bildirilib ki, universitetin klinikasında çalışan həkimlər maaşlarını alınıblar, sadəcə əlavələr hələlik ödənməyib: “Bu da Maliyyə Nazirliyinin görəcəyi işdir”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə qeyd edilib ki, Agentlik yalnız təqdim olunan siyahını aidiyyəti üzrə təqdim edir.
Maliyyə Nazirliyindən bildirilib ki, ödəniş üçün Nazirlər Kabineti sərəncam verməlidir: “Hökumətin qərarından sonra ödəniş həyata keçiriləcək”.
Nazirlər Kabineti məsələ ilə bağlı sorğunu cavablandırmayıb. (Report)
Həkimlərin maaş və əlavələri niyə ödənilmir? - AÇIQLAMA
19
fevral
16:55
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı