Daşkəsən rayon, Dəstəfur kənd sakini Məlahət Rzayeva “Gözətçi”yə göndərdiyi şikayətində bildirib ki, 2019-cu ilin ortalarından pensiya hüququnun təyin edilməsi üçün etdiyi müraciətləri cavabsız qalıb.
“Mən mədə-bağırsaq xəstəliyi olan Seleksiya xəstəliyinin ağır formasından əziyyət çəkirəm. Uzun müddət müalicə olunsam da, heç bir nəticəsi olmayıb. İşləyə bilmirəm, əmək qabiliyyətimi itirmişəm.”
Məlahət Rzayevanın xəstəlik epikrizləri Daskəsən rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən sistemə göndərilib. Ancaq ona imtina cavabı gəlib və səbəb kimi göndərişin natamam doldurulduğu qeyd olunub.
“Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyevə müraciət etdim, o isə cavabında bildirdi ki, xəstəxanadan asılı heç bir səbəb yoxdur, göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazası (TSERAS) imtina verdirir. Göndərişin natamam doldurulduğunu baş həkimə göstərsəm də, israrla səhvlərini qəbul etmədi”, deyə Məlahət Rzayeva bildirib.
Qeyd edək ki, şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) də müraciət edib. ƏƏSMN-dən isə bildirilib ki, sözügedən xəstəxana göndərişdə məlumatları doğru qeyd etməyib.
Məlahət Rzayeva məsələ ilə bağlı prezidentə iki dəfə rəsmi müraciət ünvanlasa da, şikayəti cabasız qalıb.
Şikayətlə bağlı Daskəsən rayon Mərkəzi Xəstəxanasının məsul əməkdaşları bildirdi ki:
“Xanım natamam doldurulma ilə bağlı gəlsin Mərkəzi Xəstəxanaya, qeydiyyatdan keçsin. Rəsmi ərizəsi qəbul olunsun, 11 həkim komissiyası təsdiq olunan sənədi yoxlasın və qiymətlənməsinə təminat verilsin. Canlı baxışa gəlməlidir xanım. Bütün beş illiklərin hamısı canlı baxışa dəvət edilir. Bu dəqiqə nazir bütün son beş illikləri, əyani yoxlanılanları çağırır. Hamıya imtina verirlər. Son beş ildə alanlar, bir nəfərə vermirlər. Hamısı, yanvardan bəri imtina gəlir. Nazir tərəfindən dəvət olunur ki, əlillik tam yoxlanılsın, sonra qiymətləndirilsin.”
ƏƏSMN nədən pensiya hüququ ilə bağlı yalnız İMTİNA CAVABI VERİR... - NARAZILIQ!
23
fevral
11:14

Qarabağ
KOMMENTLƏR
"3 azyaşlı uşaqla pensiya ilə dolanıram...” - GİLEY
Sahil Babayevin yaratdığı problemlər... - İşi bacarmayanda belə olur...
"Ordan da imtina sms-i gəlib ki, pensiya alıram" - GİLEY
Vətəndaş Gəncə DSMF-dən narazılıq edir - Müraciət...
Sahil Babayevin 190 manatlıq oyunbazlığı... - Kürdəmirdə total NARAZILIQ...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat