Keçmiş Nəqliyyat naziri, ZQAN Holdinqin sahibi Ziya Məmmədovun - o Məmmədovun ki, bugünlərdə dolanışıqdan şikayətlənir, arpa, yonca əkdiyini bildirirdi - Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrinin videoları yayılıb.
Bloqçu Mehman Hüseynovun hazırlayıb sosial şəbəkədə paylaşdığı reportajda sözügedən villaların yerləşdiyi ərazilərin Google Maps koordinatları da təqdim olunub.
Beləliklə, nazir olduğu illərdə 10 milyard dollardan artıq investisiyaları idarə etmiş Z.Məmmədovun sərvətinin kiçik bir hissəsini təqdim edirik:
1. Ucarın Qazıqumlaq kəndində təxminən 8 hektarlıq ərazidə özünə süni göl yaradan keçmiş nazir, mətbuata verdiyi son açıqlamasında burada mal-qara bəslədiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu bildirmişdi.
Malikanədə "M" işarəsində hovuz, uşaq meydançası, əkin sahələri, gümbəzəoşxar kotteclər, ayrıca bir kiçik villa da mövcuddur.
2. Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxmini 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villalar mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var.
3. İsmayıllı rayonunun ən gözəl kəndlərindən biri Basqalda da sabiq nazirin villaları yerləşir. Burada təxmini 3 hektarlıq ərazidə onun 4 villası var.
4. Qubanın ən gözəl kəndlərindən biri Qəçrəşdə, meşənin düz kənarında oliqarxın daha bir villası mövcuddur. Sahəsi 1 hektardan artıq olan ərazidə ucaldılmış malikanə böyük bir qəsrə bənzəyir.
5. Qubanın Qələdüz kəndində 1 hektarlıq ərazidə iri malikanə və əlavə bir ədəd villa mövcuddur. Villalar Qudyalçay çayının sahilində, möhtəşəm bir mənzərədə yerləşir.
Ürəyi zəif olanlar baxmasın! Ziya Məmmədovun daha bir sarayı - Video
23
fevral
12:42
Qarabağ
KOMMENTLƏR
Ziya Məmmədovun “FERMERLİYİ”: - “Neçə il nazir olub, indi guya mal-qara saxlayır, qoyun otarır...”
Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTO
Elton Məmmədov bağlanan milyonluq şirkətdən DANIŞDI
Ziya Məmmədovun qardaşı oğluyla bağlı qərar verildi
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı