1600-a yaxın erməni hərbi qulluqçusu hələ də itkin düşmüş hesab edilir.
Bu haqda Ermənistanın hərbi qulluqçuların sığortalanması Fondunun direktoru Varujan Avetikyan keçirdiyi mətbuat konfransında bildirib.
“İlkin məlumatlara görə itkin düşmüş hesab edilənlərin sayı 1600-a yaxındır, onların sayı əsirlikdən qayıdanlara və meyitlərin identifikasiyasına görə azalır. İdentifikasiyadan sonra itkin düşənlərin adları kompensasiyanın ayrılması üçün Fondun siyahısına keçirilir”,-o deyib.
İndiyədək hərbi əməliyyatlar bölgəsindən 1500-ə yaxın erməni hərbi qulluqçusunun meyitləri tapılıb. Ermənistan Səhiyyə Nazirliyi bu günlərdə açıqlayıb ki, cəmi 3200-ə yaxın hərbçinin meyiti identifikasiya edilib və dəfn olunub. Qarabağdakı qondarma rejim isə bu ərazilərdə 2 minə yaxın meyit basdırıb. Beləliklə, 44 günlük Qarabağ müharibəsində düşmənin ümumi itkilərinin sayı 8 mini keçir.
Düşmənin 1600-a yaxın hərbçisi hələ də “itkindir” - Ümumi itkinin sayı 8 mini keçir
23
fevral
17:40
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı