Milli Məclisin sabiq deputatı, iş adamı, iqtisadçı Nazim Bəydəmirli “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib.
O, “Gununsesi.info”ya bildirib ki, üç saat ərzində üzləşdiyi qanunsuzluqlarla bağlı adıçəkilən qurumun vəzifəli şəxslərinə məlumat verdiyini deyib: “DTX-da mənə göstərilən diqqətdən bir vətəndaş kimi çox razı qaldım. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarında sahibkarlarla, vətəndaşlarla belə rəftar edilməli, onların problemlərinə həssaslıqla yanaşılmalıdır”.
İş adamı 2012-ci ildə R.Məmmədov tərəfindən sahibi olduğu “Atahan Dəmir Sənaye” müəssisəsinin fəaliyyətinin dayandırıldığını və nəticədə 5 milyon manatdan artıq ziyana düşdüyünü bildirib.
“Qoçu dəstəi ilə hücum çəkib əmlakımızı dağıdıblar, kameraları sındırıblar və mənin telefonumu əlimdən alıblar. Bütün bunlar yerli mətbuatın gözü qarşısında baş verib” – deyə, iş adamı vurğulayıb.
Bəydəmirli DTX-ya müraciət edərək, cinayət işi üzrə zərərçəkmiş qismində ifadə vermək istədiyini bildirib. O, mətbuata açıqlamasında deyib ki, uzun müddətdir, onun şikayətləri araşdırılmayıb: “Çünki o törətdiyi qanunsuzluqları yüksək vəzifələrdə çalışan məmurların adı ilə edirdi. Mən o zaman, Rasim Məmmədova dedim ki, Afrikaya köçsə də əlimdən alınana əmlakımın və pulumun arxasından gedəcəyəm. Çünki mən onu halal yolla qazanmışam. Ölkə rəhbərliyi də məni halal, dürüst iş adamı kimi tanıyır”.
Xatırladaq ki, Rasim Məmmədov fevralın 3-də DTX tərəfindən həbs edilib. Qurumun yaydığı məlumatda qeyd olunur ki, R. Məmmədov satış üzrə “Baku Steel Company” MMC-yə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sabiq deputat DTX-da dindirilib
03
mart
11:56
Qarabağ
KOMMENTLƏR
“Yəqin öz sahiblərinə də “atıb”” - Rasim Məmmədovun 5 milyon ziyan vurduğu sabiq deputatdan İLGİNC AÇIQLAMALAR
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə
“Cəmi 3 gün işləmişdik ki, həmin qoçu dəstələri gəldi...” – 2 miyardlıq “müharibə”
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
“Baku Steel Company”nin rəhbəri həbs EDİLDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı