Bakı şəhəri, Nəsimi rayonu, Ağdadş Qurbanov küçə, , ev 22 ünvanda yaşayan Əliyev Elvin Rəşadət oğlu tərəfindən ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli xanım Mehriban Əliyeva, Bildirim ki, mən Daxili Qoşunlarda Xüsusi Təyinatlı Dəstədə hərbi xidmət keçmişəm. Dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılmışam. 5 il Rusiyada mühafizəçi kimi işlədikdən sonra Azərbaycana qayıtmış və işimi davam etdirmişəm. 2019-cu ildin 21 mayından 2020-ci ilin dekabrın 21-dək “Gilan Holdinq” MMC-nin Texniki depertamenti Nəzarət Şöbəsinin mütəxəssis vəzifəsində işləmişəm. Lakin çox təəssüflər olsun ki, dekabrın 21-də mənə bildirdilər ki. gətir formanı təhvil ver, sən işdən azad olursan”. Doğrusu “Soyuq duş effekti” verən bu cavabdan hələ də özümə gələ bilmirəm. Axı hansı sivil qaydalara əməl edən idarə indiki ağır pandemiya dövründə işçisini xəbərdarlıq etmədən çölə atar? Axı cənab prezident də göstəriş verib ki, heç bir dövlət və ya özəl sektorda işçiləri əsassız işdən çıxarmasına yol verilməsin. Budur, məni Əmək Məcəlləsinin 68-ci bəndinin 2-ci hissəsinə görə işdən əsassız azad etmişlər. Mən öz narazılığımı ifadə edən məktubla idarəmizin baş ofisi yerləşən Cəfər Cabbarlı küçəsi ev 46-da ( “Caspian Plaza” ilə üz üzə) ərizəmi təqdim etdim. Dedilər ki. 2 həftəyə baxılıb cavab veriləcək. Lakin bu günə kimi mənə rəsmi cavab vermədilər.
Xatırladım ki, Bakı Dəniz Vağzalının sol tərəfində yerləşən iş yerimizdə məndən başqa digər şəxslər öz fəaliyyətini davam etdirirlər. bu sadəcə mənə qarşı olan ayrıseçkilikdir. Hazırda bu tikinti şirkətində başqa şirkət də gəlib fəaliyyətə başlayıb. Və yeni işçilər yığır.
Hörmətli Mehriban xanım sizə ona görə müraciət edirəm ki, mən gənc ailəyəm, iki azyaşlı övladım var. Hazırda da iş tapmaq çox çətindir. İqtisadi çətinliyimi nəzərə alaraq məni əvvəlki işimə bərpa edilməyimə köməklik göstərməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".
“Gilan" Holdinqdə işçi haqqı yeyilir... - GİLEY
05
mart
10:33
Qarabağ
KOMMENTLƏR
"Gilan Holdinq"in işçisi nazir oğluna müraciət etdi - GİLEY
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
"Gilan Holdinq"in prezidenti bu işə qol qoyacaqmı? - GİLEY
Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanıldı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfirliyində sabiq Prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı