Xəbər verdiyimiz kimi, bir müddət əvvəl peyvənd olunmuş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub. Vaksinasiya olunmuş şəxsin “COVID-19”a yoluxması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
“Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən bildirilib ki, vaksinasiya prosesinə start verildikdən sonra qurum tərəfindən peyvənd olunmuş şəxslərin özünü qoruması barədə dəfələrlə açıqlamalar verilib. Hər kəs bilməlidir ki, vaksin vurulan kimi insanı qorumur. Çünki bu, ümumi vaksinasiya prinsipidir. Vaksinasiyadan bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Ona görə peyvənd tətbiqindən sonra da özümüzü qorumağa davam etməliyik.
Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva da müsahibələrinin birində qeyd edib ki, “COVID-19” infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır: “Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticismlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır”.
Qeyd edək ki, vaksinasiya prosesinə Bakıda Səhiyyə Nazirliyi, rayonlarda isə TƏBİB nəzarət edir.
Nazirlikdən Pənah Hüseynin virusa yoluxmasına münasibət: "Vaksin vurulan kimi insanı qorumur"
10
mart
15:01
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı