Respublika Klinik Xəstəxanasının həkimləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarından narazılıq edir.
Qaynarinfo.az-ın xəbərinə görə, adının açıqlanmasını istəməyən bir qrup həkim bildirib ki, Agentliyin əməkdaşları klinikanın işçirlərinə qarşı kobudluq edir. “Həkimlər üçün yer müəyyən edilmədən onlar otaqlarından çıxarılır, bahalı tibbi avadanlıqlar dəhlizlərə atılır. Bu da klinikada narazılığa səbəb olub”, - deyə həkimlər bildirib.
Həkimlər deyib ki, hazırda xəstəxanada icbari tibbi sığortaya keçid prosesləri gedir. Agentliyin əməkdaşları isə kobud və naşı davranışları ilə prosesi az qala qarşıdurmaya çeviriblər.
Klinikanın işçilərinin sözlərinə görə, onlar tibbi avadanlıqların dövlət əmlakı olduğunu belə, nəzərə almır. “Sanki bura kiminsə qanunsuz şəkildə işlətdiyi obyektdir. Onlar klinikanın əmlakı ilə məhz qanunsuz fəaliyyət göstərən hansısa müəssisənin əmlakı kimi davranırlar”, - deyə həkimlər iddia edir.
Qaynarinfo.az məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Qurumdan gün ərzində məsələyə aydınlıq gətiriləcəyi və ünvanlanan suallara cavab veriləcəyi bildirilib.
Lakin iş vaxtının sonuna qədər Agentlikdən hər hansı cavab gəlməyib. Buna rəğmən, məsələnin aktuallığını nəzərə alaraq həkimlərin şikayətini ictimailəşdirmək qərarına gəldik.
Tibbi Sığorta Agentliyindən qəribə ŞİKAYƏT
18
mart
18:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı