Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, artıq ənənə halını almış xeyriyyə aksiyası Rusiya paytaxtının “Bizim Ev” ailə tərbiyəsinə dəstək mərkəzində baş tutub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları uşaq evinin sakinlərinə müxtəlif yaş kateqoriyalarına uyğun kitablar, oyuncaqlar və şirniyyatlardan ibarət hədiyyələr ediblər.
Moskvada yerləşən “Bizim ev” ailə tərbiyəsinə dəstək mərkəzi valideyn himayəsindən məhrum olan sağlam uşaqlarla yanaşı, həm də fiziki və zehni inkişafdan geri qalan körpələrin də yuva saldığı məkandır. Heydər Əliyev Fondunun daim qayğısını görən Mərkəzin direktoru Vadim Menşov Fondun vitse-prezidenti Leyla Əliyevanın uşaq evinə olan diqqətindən danışıb: “Həm biz, həm də uşaqlar Azərbaycan xalqının çox sevirik. Bizim Heydər Əliyev Fondu ilə gözəl münasibətlərimiz var. Buna görə Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk. Hər şey onun bura gəlişindən başladı. Allaha şükürlər olsun ki, bu, bitmir, davam edir”.
“Bizim ev” uşaq evinin direktor müavini Nina Raşupkina Mərkəzdə uşaqların rahatlığı üçün Leyla Əliyevanın dəstəyi ilə bir çox iş görüldüyünü və onun hər gəlişinin uşaqlar üçün bayram olduğunu söyləyib: ”Azərbaycana səfərimiz zamanı bizə göstərilən qonaqpərvərliyə və mehriban münasibətə görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya təşəkkür edirəm. Biz Bakıda misilsiz yerləri gəzdik, uşaqlar səmimi qəbuldan məmnun qaldılar. Çox sağ olun, sizi burada qonaq etməyi hər zaman səbirsizliklə gözləyirik”.
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaq evində xeyriyyə aksiyası keçirilib
27
mart
13:36
Qarabağ
KOMMENTLƏR
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərəcək
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak edib (FOTO)
Leyla Əliyevanın oğlu klip çəkdirdi - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı