Bayramdan sonra ilk iş həftəsi sərnişinlər üçün ürəkaçan olmadı. Belə ki, sərnişinlər ictimai nəqliyyatdan istifadə edə bilmək üçün “BakıKART”-lara pul yükləyə bilmirlər.
Bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Səbəb isə “BakıKART” və “MilliÖn” terminallarının işləməməsidir.
Yeni iş həftəsinin ilk günü sərnişinlərin terminallarla bağlı ciddi problemlə üzləşdiyi ərazilər isə 1, 4 və 5-ci mikrorayonlarda, 20 Yanvar dairəsi və Qara Qarayev prospektidir.
Bir çox terminallar isə ümumiyyətlə sökülüb. Yalnız “Şamaxinka” deyilən ərazidə iki ədəd “BakıKart” terminalı işləyib ki, orada da fotodan görüldüyü kimi uzun növbə yaranıb.
Haqlı olaraq sərnişinlər də sual edir ki, bayram günlərində doqquz gün ictimai nəqliyyat işləmədi. Bu müddət ərzində terminallarda mövcud olan problemlər nə üçün həll olunmayıb?
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə “BakıKart” tərəfindən sistemdə texniki təkmilləşdirmə işləri aparılır:
“İşlər mərhələylə aparılır və qısa vaxtda yekunlaşması nəzərdə tutulub. Bu təkmilləşdirmə işləri nəticəsində MilliÖn terminallarında BakıKartın balansının artırılması zamanı sərnişinlərimizin əvvəllər rastlaşdığı çətinliklər aradan qalxacaq”.
“MilliÖN” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva isə bildirib ki, mövcud problemdən xəbərdardırlar:
“Sərnişinlərin üzləşdiyi problem “BakıKart” tərəfindən kartomatlarda yeniliklərin tətbiqi ilə bağlıdır. Bəzi “MilliÖN” kartomatlarında ödənişi həyata keçirmək istəyən müştərilər çətinliklərlə üzləşiblər. “MilliÖN” ödəmə təchizatçısı olaraq, yenilikləri tətbiq edilən “BakıKart” tərəfindən aldığımız məlumata görə, təkmilləşdirmə işləri tam olaraq qısa zamanda yekunlaşdırılacaq və müştərilər ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər. Onu da qeyd edim ki, verilən məlumatda təkmilləşmə işlərinin bu gün ərzində yekunlaşacağı bildirilib”.
Bakıda “BakıKart” və “MilliÖN” terminallarındakı problem nə vaxt həll olunacaq?
29
mart
17:40
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı