Altıağac Milli Parkında külli miqdarda qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb.
Bu barədə Trend-ə Xızı rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Xızı rayon Polis Şöbəsinə Altıağac Milli Parkında ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub.
Daxil olan məlumat əsasında araşdırmalar başlanıb və fakt təsdiqini tapıb.
Şöbədən bildiriblər ki, fakta görə Xızı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı zamanı Milli Parkın direktoru Elbrus Əliyev və onun müavini Ədalət Ələkbərovun korrupsiya faktları da ortaya çıxıb. Məlum olub ki, qanunsuz ağac kəsmə faktlarına görə park rəhbərliyi müəyyən şəxslərdən rüşvət tələb edib. Milli park rəhbərliyinin korrupsiya faktları cinayət işinin araşdırılması zamanı təsdiqini tapıb.
Hazırda cinayət işi icraata verilib. İş yaxın vaxtlarda Xızı rayon prokurorluğuna göndəriləcək.
Altıağac Milli Parkının rəhbərliyi barədə cinayət işi başlandı - RƏSMİ
30
mart
13:47
Qarabağ
KOMMENTLƏR
"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
Ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı