Bu gündən dövlət qurumlarının müraciətləri əsasında sıxlıq olmaması üçün səyyar qruplar yerində vaksinasiyaya edir.
Bunu TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Müraciətlərlə İş Departamentinin rəhbəri Aygün Əliyeva bildirib.
O qeyd edib ki, bu prosesə ilk olaraq 1 saylı “ASAN xidmət”də başlanılıb: "Artıq "ASAN xidmət"in 75 əməkdaşı könüllü şəkildə bu prosesə cəlb olunub. Briqadamız bütün zəruri tibbi və gigiyenik vasitələrlə təmin olunub. Mərkəzdə prosesin yüksək səviyyədə keçirilməsi üçün vaksin, qeydiyyat və postvaksinal otaqları təşkil olunub. Proses bundan sonra da davam etdiriləcək, dövlət orqanlarının müraciətləri nəzərə alınaraq ardıcıllıqla işçilər öz iş yerlərindən ayrılmadan könüllü şəkildə bu prosesdə iştirak edə biləcəklər".
Daha sonra müraciətlər əsasında “ASAN xidmət”in digər filialları, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” və digər dövlət qurumlarında da səyyar vaksinasiya həyata keçiriləcək.
Bu gündən səyyar vaksinasiyaya başlanılır - RƏSMİ AÇIQLAMA
02
aprel
21:43
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı