“Kim hardan geyinir?” səhifəsi sənətçilərin geyimlərinin qiymətini araşdırıb.
Belə ki, Zülfiyyə Xanbabayevanın geyindiyi “Fendi” markalı botların qiyməti 1870 AZN-dir. Eyni brend olan eynəyi isə təxminən 807 manatdır. Çantasının markası “LANVİN”-dir və qiyməti 3755 AZN-dir.
Aygün Kazımovanın isə botları “Real Mr Valentino” markasındandır və təxminən 1946 manatdır. Çantası isə “Louis Vuitton” brendindəndir və qiyməti 4624 AZN-dir. Eynəyi isə “Dolce Gabbana”dandır və 289 manatdır.