Paytaxtın Nizami rayonu Mətləb Ağayev və Pəhlivan Fərzəliyev küçələrində məskunlaşan sakinlər özlərini təhlükəyə atırlar.
Baku TV-nin xəbərinə görə, yaxınlığından dəmiryolu xətti keçən evlərin qapısı ya boru kəmərinə, ya da neft emalı zavodunun hasarına açılır.
Ərazidə vaxtilə bəzi işbazlar neft sənayesinə aid torpaqları zəbt edərək ya ev tikib satıb, ya da kirayə verib. Şəhərin müxtəlif ərazilərinə yaxınlığı, eləcə də qiymətlərin nisbətən ucuz olması bu ərazilərdə çoxlu sayda evlərin tikilməsinə gətirib çıxarıb. Bəzi işbazların artıqtamahlığı ucbatından minlərlə insanın həyatı təhlükədədir.
Bu ərazilərdə boru xətlərinə aid olan texniki təhlükəsizlik qaydalarının heç birinə əməl olunmur. Sakinlər neft kəmərləri boyu ərazidə bağ-bağça salıb, toyuq, qaz, ördək, hətta mal-qara da saxlayırlar. Yay aylarında isə bu ərazilərdə təndir qalayıb, samovar çayı dəmləyənlər də olur. Neft məhsullarının nəql olunduğu boru xəttinin yaxınlığında ocaq qalanmasının nə dərəcədə böyük təhlükə olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur.
Qanunun tələbinə əsasən, yaşayış evləri boru xəttindən ən azı 50 metr məsafədə yerləşməlidir. Ekspertlər bildirir ki, neft boru kəmərləri keçən hissədə xüsusi mühafizə zolaqları yaradılmalıdır.
Neft kəmərlərinin ətrafının zəbt olunması SOCAR əməkdaşlarına da xeyli çətinlik yaradır. Mövcud vəziyyət neft kəmərlərinin mühafizəsini, zəruri hallarda texniki xidmətin göstərilməsini, eləcə də hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsinə ciddi problemlər yaradır.
İşbazların tələsinə düşən minlərlə insanın həyatı təhlükədədir - VİDEO
14
aprel
13:36

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu