Artıq aprelin 14-dən Ramazan ayı başlayıb. Bu ayda bir çox insanlar oruclarını yaxınları ilə birgə açmağa çalışırlar. Bu da insanların kütləvi toplaşmasına və koronavirusa yoluxanların sayının artmasına səbəb olur. Məhz buna görə, yoluxanların sayının artmaması üçün axşam saat 8-dən sonra insanların çölə çıxmasına qadağa qoyulması və ya "sms icazə" sisteminin tətbiq edilməsi ilə bağlı təkliflər səsləndirilir. İftar süfrəsində kütləvi toplaşmanın qarşısını almaq üçün axşam saat 8-dən sonra inanların çölə çıxmasına qadağa qoyula bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Ramazan ayında koronavirusa yoluxanların sayının artması ehtimalı böyükdür:
"Çünki insanlar iftar süfrəsində kütləvi toplaşıb, oruclarını açırlar. Ona görə də karantin rejimində sərtləşmələrin olması gözləniləndir. Düşünürəm ki, yoluxma sayı artarsa, yenidən "sms icazə" sisteminin bərpası gözləniləndir. Amma Operativ Qərargahın hansı qərarı verəcəyi ilə bağlı konkret fikir səsləndirə bilmərəm. Çünki karantin rejimi ilə bağlı qərarlar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Düşünürəm ki, yaxın günlərdə Operativ Qərargah yoluxanların və ölənlərin sayını, epidemioloji vəziyyəti analiz etdikdən sonra karantin rejimi ilə bağlı qərar qəbul edəcək".
Azərbaycanda axşam saat 8-dən sonra çölə çıxma qadağası qoyulur? - AÇIQLAMA
15
aprel
14:12
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı