Samux rayon Polis Şöbəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Famil Bağırov koronavirus səbəbindən vəfat edib. 1969-cu il təvəllüdlü F.Bağırov bir müddət öncə COVID-19 virusuna yoluxub və dünən qəfildən vəziyyəti ağırlaşaraq vəfat edib. F. Bağırov Samux RPŞ-nin Təşkilati-Analitik qrupunun baş inspektoru olub.