Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib. Nazirliyin Biləsuvar Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi və Cəbrayıl rayonu üzrə nümayəndəsi Quliyev Kamran İmran oğlu bir müddət əvvəl COVID-19 virusuna yoluxub. Aparılan müalicələrə baxmayaraq, o, 63 yaşında koronavirusdan vəfat edib.