Bu günlərdə istifadəyə verilən Hərbi Qənimətlər Parkına gələn bəzi şəxslər sanki buranın bir muzey olduğundan xəbərdar deyillər. Onların içərisində elələri var ki, parkda sərgilənən erməni hərbiçilərinin maketlərinə toxunaraq sanki onu yararsız vəziyyətə salmaq istəyirlər. Halbuki park ərazisində sərgilənən bu eksponlatlara ziyarətçilərin toxunmaması ilə bağlı xəbərdaredici lövhələr vurulub.
Xezerxeber.az-ın məlumatına görə, ''Regional İnkişaf'' İctimai Birliyinin layihə kordinatoru Zəhra Hacıyeva deyib ki, park əməkdaşları bura ziyarətə gələn vətəndaşlara sosial ara məsafəsini saxlamaq, tibbi maskadan istifadə etməklə bağlı məlumat verirlər. Ancaq bəzi şəxslər bu qaydalara nədənsə əməl etmirlər. Bundan başqa, parkda sərgilənən erməni hərbiçilərinin maketlərinə və digər hərbi texnikalara toxunmamaqla bağlı da vətəndaşlara məlumat verilir.
Bir neçə gün əvvəl erməni hərbiçisinin maketinə qarşı xoşagəlməz hərəkətlər edən şəxslə bağlı hüquq-mühafizə orqanları araşdırma aparılıb və həmin şəxsin bu əməlinə hüquqi qiymət veriləcək.
Hərbi Qənimətlər Parkında çəkiliş apardığımız zaman hərbi texnikaların üzərinə çıxıb foto çəkdirənlərə rast gəldik. Parkın mühafizəçiləri onlara yaxınlaşıb xəbərdarlıq etdilər.
Qeyd edək ki, vətəndaşlar Hərbi Qənimətlər Parkı ilə bağlı istənilən təklifləri parkın menecerlərinə verə bilərlər.
Hərbi Qənimətlər Parkına gedənlərə XƏBƏRDARLIQ - VİDEO
21
aprel
10:36
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı