Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov müavini Zakir Quliyevlə işləmək istəmir.
“Yeni Sözçü” qəzetini məlumatlandıran şəxsin sözlərinə görə, yaxın günlərdə Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi kadr dəyişikliyi baş verəcək.Belə ki, sədr müavinlərinin bəziləri vəzifəsini itirəcək.Bu siyahıda sədr müavini Zakir Quliyevin birinci olacağı gözlənilir.
Xatırlatma: 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.O, 2006-cı ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsinə yüksəlib.
Bundan sonra, Zakir Quliyev Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə özünün yaxın adamı- Elman Nuriyevi təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.
Qeyd edək ki,mətbuatın yazdığına görə,Zakir Quliyevin himayə etdiyi idarələrdən biri Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevdir.Müəyyən iddialara görə, Elman Nuriyev əksər qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn,bu barədə Nyus.az yazıb ki, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib.Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir.
Saytların yazdığını əsas götürsək bildirilir ki,Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyat hissələrini əksər hallarda rayonun Heydər Əliyev prospektində yerləşən, qardaşına məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdılaşdırılır.Bundan əlavə saytlarda idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması barədə məlumatlar yayılıb. Bu kimi nümunələr isə Elman Nuriyevin himayə olunmasına dair iddiaları gücləndirir.
Zakir Quliyevə gəlincə onu deyə bilərik ki,mətbuat zamanla sədr müavinini Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən şəxs kimi xarakterizə edib.
Yeni sədr Zakir Quliyevi istefaya göndərir - İDDİA
22
aprel
10:11
Qarabağ
KOMMENTLƏR
Yeni sədr kollektivə təqdim edildi - Əhmədzadə də qatıldı
Əhmədzadənin işçisi Zakir Quliyevin AİLƏ BİZNESİ... - İDDİA
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
Zakir Quliyev necə narazılıq yaradır... - QALMAQAL
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı