Xəbər verildiyi kimi, ötən həftə səhiyyə naziri Oqtay Şirəliyev tutduğu vəzifədən azad edildi. JAMAZ.İNFO xəbər verir ki, uzun müddət səhiyyə sistemini bərbah şəkilə salmış və əksəriyyətin narazılıq etdiyi Şirəliyevin səlahiyyətləri isə bir müddətlik, yəni yeni nazir təyin olunana qədər Teymur Musayevə həvalə olunub.
Qeyd edək ki, Musayev nazir işdən çıxarıldıqdan sonra səhiyyə nazirinin birinci müavini postuna təyinat alıb. Amma buna baxmayaraq, yeni nazirin kim olacağı məsələsi açıq olaraq qalıb.
Gələn bilgilərdən bəlli olan odur ki, Səhiyyə Nazirliyinin gələcəyi ilə bağlı hakimiyyətdə yekdil fikir yoxdur. Belə ki, bu nazirliyin ləğv olunaraq, daha bir neçə strukturu birləşdirməklə yeni qurumun yaradılması nəzərdən keçirilir. Lakin başqa bir plan da odur ki, Səhiyyə Nazirliyi yerində qalır və Şirəliyevin yerinə yeni birisi gətirilir.
JAMAZ.İNFO xəbər verir ki, bu posta namizədlərin sayı elə də çox deyil. Lap əvvəldən TƏBİB-in rəhbəri Ramin Bayramovun nazir olacağına dair bilgilər olsa da, sonradan hakim dairələr onun namizədliyinin üzərindən xətt çəkiblər. Və buna səbəb də bir çox mətləblərdir. Çünki Səhiyyə Nazirliyinin daxilindəki qruplarla Bayramov arasında sıx ittifaqın olduğu məlum olub ki, həmin qrup da hakimiyyət tərəfindən müsbət qarşılanmır.
Yeni naziriin kim olacağı ilə bağlı fikir ayrılığı olmasa da, optimal birinin üzərində dayanılması məsələsində müzkirələr mövcuddur. Məsələ belədir ki, hakimiyyətin içindəki qruplaşmaların böyük əksəriyyətinin namizədi yoxdur. Varsa da onun Səhiyyə Nazirliyinin imicini düzəldə biləcəyinə etimad göstərilmir. Bu sırada deputat Qənirə Paşayevadan tutmuş, Əhliman Əmiraslanova qədər çoxlarının adı çəkilir. Lakin gələn xəbərlərdən belə başa düşülür ki, yeni nazir hazırda özəl klinikalardan birinin rəhbəri də ola bilər. Ancaq bu şəxs hansı klinikanın baş həkimidir sualı açıq olaraq qalır. Ona görə ki, hakimiyyət dairələrinin nəzarətində xeyli sayda özəl klinikalar var və onların rəhbərləri ilə də sıx münasibətlər mövcuddur.
Elə gedişatdan da belə başa düşülür ki, yeni nazir kifayət qədər tanınmış biri olmayacaq. Bunu son təyinatlardan da təxmin etmək mümkündür. Məsələn, Su və Meliorasiya ASC-yə BRAVO marketlər şəbəkəsində çalışmış birinin gətirilməsi bunun əyani sübutlarından biridir. Mümkündür ki, yeni səhiyyə naziri də, tanınmamış biri olsun.
Yeni səhiyyə naziri kim olacaq? - İDDİA
26
aprel
12:46
Qarabağ
KOMMENTLƏR
“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev
Oktay Şirəliyevin yerinə müvəqqəti təyinat alan Teymur Musayev kimdir? - DOSYE
Səhiyyə naziri vəzifəsi ona tapşırıldı - FOTO
Oqtay Şirəliyevi əvəz edən nazir müavinindən İLK ƏMR
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı