Bakının Yasamal rayon camaatı icra başçısı sarıdan heç yarımadı. Rayonun yeni icra başçısı Elşad Həsənov da onların problemlərinə biganədir.
TİA.Az-ın xəbərinə görə, Yasamalın elə bir yeri yoxdur ki, problem olmasın. Amma E.Həsənovun rəhbərliyi altında rayonda bir küçəni abadlaşdırmayıblar.
Yasamalın istər 1-ci, istər 2-ci Alatava yaşayış massivləri olsun, istər Yeni Yasamal ərazisi olsun küçələr bərbad vəziyyətdə, yollar çala-çuxur, səliqəsiz, xaotik gündədir. Sizə təqdim edəcəyimiz fotolardan da aydın olur ki, Yasamalın yollarından heç ucqar dağ kəndlərində yoxdur.
İndiyə qədər nə bir məhəllə abadlaşdırılıb, nə İH-nin təşəbbüsü ilə ağacəkmə kampaniyası həyata keçirilib, nə uşaqlar üçün bir şərait qurulub.
Bəs Yasamal İH-nin, ümumiyyətlə icra orqanlarının gündəlik iş-gücü nədən ibarətdir? Həftənin 5 günü səhərdən axşama kimi bu qədər İH əməkdaşı hansı işlərlə məşğul olur?
Elşad Həsənov və digərləri icra başçısı təyin olunanda prezident demişdi ki, hansı məmur düzgün işləməsə, vəzifəsindən azad ediləcək.
Buyurun, nə Neftçala, nə İsmayıllı, nə Ağstafa, nə Yasamal rayonlarına təyin olunan gənc icra hakimləri köhnələrdən fərqlənirlər.
E.Həsənov bir rayon rəhbəri kimi əyan-əşrəfi ilə Yasamala çıxıb gəzməli, reyd etməli, yolda qarşılaşdığı sakinlərdən problemlərini soruşmalıdır.
Məlum olacaq ki, “Şamaxinka”dan Yeni Yasamala, Alatavadan Şərifzadəyə qədər yollar nə gündədir, binaların liftləri, zirzəmiləri hansı şəraitdədir. Hətta bu cür primitiv problemləri belə İH həll etmirsə, bu strukturu saxlamağa nə zərurət var?
Yeri gəlmişkən, bir xatırlatma edək ki, Yasamal rayonunda 2020-ci ildə heç bir iş görülmədiyi üçün hesabatı da verilməyib. Əgər görülsəydi E.Həsənov hesabatı yayardı.
Bu günlərdə ardıcıl olaraq “Sovetski”də etirazlar olub, vətəndaşlar şikayətə yığışıb, heç birində icra baçısı görünməyib.
Prezident onu təyin edib ki, hansısa narazılıq olanda camaatın ayağına getsin, ən azı dərdini dinləsin, gərginliyi azaltsın. Heç bunu da etmir…
Elşad Həsənov gənc kadrdır, amma təfəkkürü "qoca"dır... - Adi bir problemi də həll etmirsə...
28
aprel
10:42
Qarabağ
KOMMENTLƏR
Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt
Nə sakinlər vecinədir, nə də qanunlar... - Cənab Həsənov kimə arxayındır?
Yasamalın icra başçısı obyektlərdən pul yığdırır? - Sahibkar pul vermədiyinə görə obyekti dağıdılıb...
Kadr Islahatının Elşad Həsənov Fiaskosu: “Lal Deputat”, Bacarıqsız Icra Başçısı…
“Sovetski” camaatı ayağa qalxdı - NARAZILIQ!
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı