“Bu gün bir çox insan COVID-19-la əlaqəli inkubasyon dövrdəkiləri sağlam şəxs kimi qəbul edirlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin şəxslərdə koronavirusa yoluxma halı baş verib, sadəcə kliniki simptomlar hələ ortaya çıxmayıb. Yəni həmin insan xəstəliyi yaya bilir”.
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.
TƏBİB rəsmisi bildirib ki, inkubasyon şəraitdə müalicə alan şəxslər kliniki sağlam olsalar da, xəstəliyi ötürə bilirlər.
Y.Qarayeva əlavə edib ki, onlayn rejimdə işləyən iş yerlərindəki ixtisaslar üzrə çalışanlar arasında yoluxma riski adətən aşağı olur:
“Hər zaman qeyd edilən qızıl qaydalar eynidir və buna mütləq əməl edilməlidir. Bəzən böyük şirkətlərdə qoruyucu tədbirlərə ciddi əməl edilsə də, yemək yeyən vaxt istər-istəməz maska çıxarılır və yoluxma təhlükəsi meydana çıxır. Ona görə də böyük şirkətlər bu məsələni tənzimləyə bilərlər. Bəzi obyektlərdə işçilərə məcburi əlcək taxdırılır. Əlcəkdən düzgün istifadə edilməməsi zamanı yoluxma sayı arta bilər. Bunun əvəzinə əl gigiyenasına əməl edilsin. İnsanların işə 15 dəqiqə fərqlə gəlməsi təmin edilsə, ictimai nəqliyyatlarda olan sıxlığı da aradan qaldırmaq mümkün ola bilər”.
TƏBİB-dən vətəndaşlara maska ilə bağlı MÜRACİƏT
28
aprel
13:43
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı