"Yoluxanların sayı azalan kimi ölüm sayı da azalır". Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.
İnfeksionist bildirib ki, yoluxmanın kontrolda saxlanılması peyvəndlənmədən və karantin qaydalarına əməl etməkdən asılıdr:
"Ölənlər ağır xəstələrin arasından olur. COVİD-ə yoluxanların sayı azalanda ağır xəstə sayı həmən azalmır. Bir müddət çəkir ki, ağır xəstələrin bəziləri sağalır, bəziləri dünyasın dəyişir.
Hazırda Türkiyədə və bəzi başqa ölkələrdəki kimi tam qapanmaya bizdə ehtiyac yoxdur. O ölkələr tam qapanmaya gedib ki, onlarda yoluxma sayı həddindən artıq yüksəkdir. Bununla bağlı olaraq Türkiyədə, Ukraynada və bəzi ölkələrdə lokdaun elan ediblər. Bizdə isə yoluxanların sayı azalmaya doğru gedir.
Amma demək olmaz ki, bu gedişlə Azərbaycanda karantin rejimi bir də sərtləşdirilməyəcək. Bunu əvvəlcədən proqnozlaşdırmaq olmaz. Əgər peyvəndləmə bu şəkildə davam edilərsə, əgər biz karantinin şərtlərinə əməl edəriksə, bəli, sərtləşdirmə, tam qapanma kimi tədbirlərə bizdə ehtiyac qalmayacaq. Amma əks halda ehtiyac ola bilər. İstənilən an yoluxma sayında yüksəliş ola bilər. Bu məsələnin kontrolda saxlanılması peyvəndlənmədən və maska, sosial məsafə, əllərin gigiyenası, qapalı məkanın mütəmadi havalandırılmasından asılıdır".
“Bu gedişlə Azərbaycanda karantin rejimi bir də…” - Açıqlama
29
aprel
10:37
Qarabağ
KOMMENTLƏR
Gələn həftədən karantin yenidən sərtləşdiriləcək - AÇIQLAMA
Koronavirusdan ölüm sayı niyə artır? - AÇIQLAMA
Türkiyədə COVID-19-a rekord yoluxma
Azərbaycanda “COVID-19”dan gündəlik ölüm sayı niyə bu qədər çoxdur?
Yanvarın 18-dən sonra karantin rejimi yumşaldılacaq - “İnsanlar qaydalara ciddi riayət edirlər“
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı