Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsilə bağlı prosedurların yerinə yetirilməsi üçün təhkim edilən tibb bacıları öz işlərini davam etdirəcəklər. Bu barədə Turan agentliyinin direktoru Mehman Əliyev hüquq müdafiəçisini evində ziyarət etdikdən sonra bildirib.
Bundan öncə, aprelin 26-da fəalın oğlu Təbriz Gülalıyev deyib ki, tibb bacıları mayın 1-dən hüquq müdafiəçisinin evinə gəlməyəcəklərini bildiriblər. Çünki üç aydır onlara maaş verilmir. Bu məlumat ictimaiyyətin mənfi reaksiyasına səbəb olub ki, bu da sosial şəbəkələrdə çoxsaylı tənqidi yazılarda öz əksini tapıb.
Görünür, bu, işə yarayıb və mayın 1-də tibb bacıları fəalın evinə gediblər. Onlar bildiriblər ki, və "bütün məsələlər həll olunub". Tibb işçiləri deyiblər ki, evdə prosedurları yerinə yetirməyə davam edəcəklər.
Bundan əlavə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində növbəti müalicənin təyin edilməsi məqsədilə qan analizi nümunələrinin götürülməsi üçün tibb işçilərinin göndərilməsilə bağlı müraciətə müsbət cavab veriblər.
Mehman Əliyev onu da bildirib ki, ağciyərlərdən bəlğəmi çıxarmaq və ümumiyyətlə, nəfəs almanı rahatlatmaq üçün qoyulmuş traxeostomanı bu günlərdə Oqtay Gülalıyevin boğazından çıxarıblar. Bu aparatı çıxardıqdan sonra hüquq müdafiəçisi daha yaxşı nəfəs almağa başlayıb.
Ümumilikdə, fəalın vəziyyəti yaxşılaşır, şüuru özünə qayıdır. O, sualları diqqətlə dinləyir, onlara jestlərlə reaksiya verir. Bundan əlavə, xəbərləri dinləyir.
Oqtay Gülalıyev danışmağa da cəhd edir və traxeostomanın çıxarılması yəqin ki, nitqinin bərpasını sürətləndirəcək.
Oqtay Gülalıyevin müalicəsinin davam etdirilməsilə bağlı məsələ həll olunub
02
may
10:18
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı