Dünyada məşhurların bir qismi könüllü şəkildə koronavirusa qarşı peyvənd olunur, bunu sosial şəbəkələrdə izləyiciləri ilə bölüşürlər. Onların hamısı özlərini yaxşı hiss edir və məsləhət görürlər ki, bu təhlükəli virusa yoluxmamaq üçün hər kəs peyvənd olunsun.
Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlıq yaradır. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə vaksinlə bağlı paylaşdıqları qeyri-real xəbərlər ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır. Bəzən buna görə ölkəmizdə peyvənddən imtina edəcəklərini deyənlərlə də rastlaşırıq. Onlarda vaksinasiyaya qarşı inamsızlıq, qorxu və şübhə formalaşır.
Aparılan təbliğat işlərinə baxmayaraq peyvəndin yan təsirlərinin olacağından ehtiyat edən məşhurlar da var. Bəziləri xəstəlikləri olduğu üçün peyvənddən imtina etdiklərini deyirlər. Bəs görəsən, yerli məşhurlar vaksindən niyə imtina edirlər?
Yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı xəstəliyi səbəbi ilə peyvənd olunmadığını bildirib:
“Xeyr, mən peyvənd olunmamışam. Mənə vaksin vurdurmaq olmaz. Vaksinasiya məsələsi ilə bağlı heç nə deyə bilmərəm, heç bir fikrim yoxdur”.
Xalq artisti Rasim Balayev də peyvənd olunmadığını deyib. Aktyor tezliklə vaksini vurduracağını qeyd edib:
“Bunun kimə nə dəxli var? Mənim peyvəndi vurdurub, vurdurmamağımın kiməsə aidiyyatı yoxdur. Hələ ki, vurdurmamışam, amma bu yaxınlarda gedib vurduracağam”.
Müğənni Əli Mirəliyev də vaksindən imtina edənlər sırasındadır:
“Xeyr, vurdurmamışam. Mən vaksinasiyanı anam doğub, atam əkəndə olmuşam. Mənə bir peyvənd vurublar ki, indi vaksin təsir etməz. Bu peyvənd əbədidir, qəbr evinə qədər mənimlə gedəcək. O peyvənd bütün bəlalardan insanı azad edir, Allahın peyvəndidir, çünki mən seyidəm, cəddim var”.
Məşhurlar vaksindən niyə imtina etdi? - CAVAB
06
may
18:07
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı