Dövlət Neft Şirkətinin «Siyəzənneft» Neft Qaz Çıxarma İdarəsində işçilərin kütləvi ixtisarına başlanılıb. Şirkətdə ixtisara salınan Günay Abdullazadənin intihara cəhd etdiyi bildirilir.
DİA.AZ xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
«Günay Abdullazadə bildirdi ki, tənha qadındır, tələbə övladına və xəstə anasına da o baxır. Üstəlik özü də qan xəstəliyindən əziyyət çəkir. Abdullazadə imtahanda iştirak edərək bal toplaya bilib. Lakin ona çalışdığı sahənin ixtisara düşdüyü bildirilib. Dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb. Günay idarənin rəisi Ayaz Bağırova da müraciət edib, ailə vəziyyətini anladıb. Lakin bundan sonra onun evinə polis gedib. Qadının əlavə gəlir yeri yoxdur, onu işdən çıxarmaq ac qoymağa bərabərdir. Şikayətçi deyir ki, imtahanda bal toplaya bilməyənlər işdə saxlanılır, çünki ixtisar zamanı bilik və təcrübəyə deyil, qohumluq və tanışlıq əlaqələrinə üstünlük verilir. Buna görə də çarəsiz qadın intiharı çıxış yolu kimi görüb».
Mirvari Qəhrəmanlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Komitənin müdaxiləsi ilə intiharın qarşısı alınıb, qadının işlə bağlı problemi həllini tapıb.
Hüquq müdafiəçisi bildirib ki, vaxtında müdaxilə olmasaydı, məsələ faciə ilə nəticələnəcəkdi. Hazırda şirkətin bütün müəssisə və idarələrində ixtisarlar gedir, Abdullazadə kimi onlarla işçi çarəsi durumdadır.
«Siyəzənneft» Neft Qaz Çıxarma İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər.
"Təcrübəyə deyil, qohumluq və tanışlıq əlaqələrinə üstünlük verilir..." - NARAZILIQ!
10
may
10:29

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər