"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
Bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.
Müşfiq Mürşüd oğlu Hətəmov 6 may 1969-cu il Ağdamda anadan olub. O, ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri, Azərbaycanın Əməkdar incəsənət xadimidir.
Həyatı
1976-1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987-1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir.
Fəaliyyəti
1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012-ci ildə Azərbaycan Prodüserlər Gildiyası təsis edilmiş və gildiyanın sədri seçilmişdir.
Ad və mükafatlar
“Humay” mükafatı (“Uğurlu prodüser” nominasiyası) (2014)
13-cü Pune Beynəlxalq Film Festivalında (Hindistan) “Nabat” bədii filminin prodüseri kimi beynəlxalq münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatı (2015)
"Nabat" filminə görə "Ən yaxşı prodüser" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)
Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il).
"Space" kanalına təyin olunan yeni rəhbər kimdir? - DOSYE
20
may
17:25
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı