“AZAL dövlət şirkətidir, dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır. Amma AZAL-da təyyarə biletinin qiyməti 14 günlük müalicədən baha başa gəlir. Bu məsələyə təcili əncam çəkilməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, onlarla vətəndaşdan AZAL-ın təyyarə biletlərinin çox baha olması barədə şikayətlər gəlir: “Az qala iki ildir, vətəndaşlarımız ölkədən kənara çıxa bilmir. Xaricə uçmaq ancaq seçilmişlər, xüsusi biznes imtiyazına malik olanlar, maaşla yaşamayanlar və qeyri-qanuni yollarla varlananlar üçündürsə, o zaman Azərbaycanda olan sanatoriyaları göstərək, bu maaşla yaşayanlar və ümumiyyətlə, maaşı olmayanlar da gedib orada sağlamlıqlarını bərpa etsinlər. Bizdə sanatoriya var? 3-4 sanatoriya var, onlar da elə pullular üçündür. Bu yanaşma ədalətli deyil”.
Deputat Səttar Möhbalıyev isə Razi Nurullayevə cavabında bildirib ki, Azərbaycanda olan sanatoriyaların vəziyyəti Rusiyada olanlardan yaxşıdır: “Artıq Rusiyadan Azərbaycana sanatoriyalara istirahətə gələnlər var. Azərbaycanda sanatoriyalar müasir standartlara cavab verir, müasir tibbi cihazlarla təmin olunub”
"AZAL-da təyyarə biletinin qiyməti 14 günlük müalicədən baha başa gəlir" - Deputat
25
may
12:04
Qarabağ
KOMMENTLƏR
“Tbilisidən 146, Kiyevdən 193, Bakıdan isə 446 dollara...” – AZAL-a “dur” deyən olacaqmı?
AZAL Azərbaycana belə zərbə vurur... - Ekspert
Hava məkanının "KOR XƏLİFƏSİ"... - Ondan narazılıqlar artır...
AZAL Azərbaycan vətəndaşını NECƏ MÜFLİS EDİR... - Suallar, suallar...
Cahangir Əsgərov Müşahidə Şurasıyla hesablaşacaqmı? - "Rəhbərlik dəyişikliyinin vaxtı çatıb"
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı