Xəbər verildiyi kimi Azərbaycanda 6 xəstəxanada qanunsuzluq üzə çıxıb. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlamalar aparılıb. Yoxlamalar zamanı Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran Rayon Xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblər kobud şəkildə pozulub. Bu faktlar toplanaraq Baş Prokurorluğa təqdim olunub.
Tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, eləcə də qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də yoxlamalara başlayacaq. Uşaq bağçalarında müxtəlif növ yeyinti məhsullarının saxlanılmasına, daşınmasına və qablaşdırılmasına dair tələblər araşdırılacaq. Eləcə də uşaqlara verilən qidanın minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri monitorinq olunacaq.
Maraqlıdır, strateji obyektlər sayılan xəstəxana və uşaq bağçalarına qida haradan gətirilir? Onların təhlükəsizliyi necə təmin olunur?
Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, AQTA əgər nöqsan müəyyən edibsə, qida zəncirinin önünə getməlidir:
“Qida Təhlükəsizliyi Agentliyi o monitorinqləri ona görə aparır ki, qidanın kaloriliyinə, keyfiyyətinə, porsiyaların miqdarına, təhlükəsizlik vəziyyətinə, hazırlanma şəraitinə, eləcə də sanitar gigiyenik normalarına əməl olunsun. Xəstəxanalar malları və qidanı aid olduğu icra hakimiyyətlərinin təsiri altında müəyyən təchizatçılardan alır. Xəstə istehlakçılarına çatana qədər qida zəncirinin bütün həlqələrini Agentlik araşdırmalıdır. Xəstəxanada olan qida və ərzaq növlərinin bütün həlqələri AQTA-nın qeydiyyatında olmalıdır. Agentlik o müəssisələrlə maarifləndirmə işi aparmalıdır və qidanın təhükəsiz olmasını təmin etməldir”.
Eyyib Hüseynovun sözlərinə görə təssüflər olsun ki, xəstəxanalara qida təchizatçıları mərkəzləşdirilmiş formada deyil, ayrı-ayrı yerlərdən gəlir:
“Xəstəxana rəhbərləri kimlərlə istəyir, müqavilə bağlayır. İstisna olunmur ki, ən təhlükəli qidalar, xüsusilə ətlər belə o müəssisələrə gedib çıxa bilər. Bu baxımdan qida zəncirinin bütün həlqələri Agentliyin nəzarətində olsa, istehlakçılara təhlükəli mallar verilməz”.
Uşaq bağçalarında aparılacaq yoxlamalara gəlincə, QHT rəhbəri analoji problemin məktəbəqədər müəssisələrdə və orta məktəb yeməkxanalarında olduğunu da bidirib.
Hüquq müdafiəçisinin sözlərinə görə AQTA kiçik istehlakçılara çatdırılan qida zəncirinin bütün həlqələrini çeşidləməlidir:
“Özüm uşaq bağçalarında monitorinqlər aparmışam. Oradakı anormal vəziyyəti öz gözlərimlə görmüşəm. Hətta dəfələlərlə qeyd etmişəm ki, mundar olmuş heyvan ətləri də uşaq bağçalarına yol tapa bilər.
Çünki uşaq bağçaları da müstəqildir və kimlə istəyir müqavilə bağlayır. Vaxtı keçmiş mallar belə uşaq bağçalarına ayaq aça bilər. AQTA-nın bu təşəbbüsü təqdirəlayiqdir və buna ictimai dəstək verilməlidir.Validenylərə, xəstələrə və həkimlərə üzümü tutub deyirəm ki, qidada problem gördükdə mütləq Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.
"LEŞ ƏTİ MAFİYASI" İŞ BAŞINDA... - Bu sahəyə kim "krışalıq" edir...
08
iyun
16:19
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı