Koronavirus xəstələrinə lüks palataları rüşvət qarşılığında təklif etdiyi üçün həbslərin həyata keçirildiyi “Yeni Klinika” qəribə tender reallaşdırıb. TİA.Az xəbər verir ki, klinika fasadın yuyulmasına 18 585 ayırıb. Tender müsabiqəsinin qalibi “SKY VASH-R” MMC olub.
“Yeni Klinika”nın təkcə fasad yuyulmasına 18 585 manat ayırması müəmmalı və maxinasiya şübhələri yaradan faktdır. Ümumiyyətlə, dövlət qurumları, müxtəlif nazirliklər MMC-lər vasitəsi ilə büdcə pullarını həzm-rabedən keçirirlər.
Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumatlara əsasən, “Yeni klinika” tibb müəssisəsinin direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi korrupsiyada ittiham olunaraq həbs ediliblər.
“Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub”, – məlumatda deyilir.
"Yeni Klinika"da ABSURD SƏRFİYYAT... - FAKT
10
iyun
15:44
Qarabağ
KOMMENTLƏR
"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı - VİDEO
"Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA
“Yeni klinika”nın direktoru həbs edildi - FOTO
FHN-in Modul Tipli Hospitalının baş həkimi həbs edildi - RƏSMİ
İki baş həkim getdi “qazamata“- İndi səni deyirlər, Kəmaləddin Qafarov
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı