2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi bloger Aslan Qurbanov 7 il azadlıqdan məhrum edilib. Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Məlumatı Azadlıq Radiosu yayıb.
Hökmə əsasən, Qurbanov CM-in 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirli bilinib.
İddia olunur ki, bloger "Facebook", "Instagram" kimi sosial media platformalarındakı hesablardan dövlət əleyhinə təbliğat aparıb, milli ayrı-seçkilik ehtiva edən paylaşımları olub.
Qurbanov talışların hüquqlarının pozulması, onların ayrıseçkiliyə məruz qalması haqda həqiqətəuyğun olmayan materialların yayımında suçlanır. Amma o, özünü təqsirli bilmir.
Bloger heç vaxt Azərbaycan dövlətinə zərbə vurmaq niyyətində olmadığını vurğulayıb. Bloger həbs olunandan məhkəməsi başlanana qədər DTX-nın istintaq təcridxanasında saxlanılıb.
Azərbaycan Talışları İctimai Şurası Qurbanovun həbsi ilə bağlı bəyanatında bildirib ki, o, "Instagram"da, əsasən, tanınmış talış müğənnilərinin mahnılarını, talış yazarların şeir və hekayələrini paylaşırdı, talış əsilli qəhrəmanların təbliğatını aparırdı: "O, talış mədəniyyətini, ədəbiyyatını təbliğ edirdi. Bunu ayrı-seçkilik, dövlətçiliyə qarşı addım kimi dəyərləndirmək düzgün deyil".
DTX-nın saxladığı bloger Aslan Qurbanova 7 il həbs cəzası verildi
11
iyun
14:30
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı