Ali Məhkəmənin hakimi Xəqani Məmmədovun Azərbaycanda plastik və alüminium məhsullar istehsal edən böyük şirkətlərdən biri “AZPROF” MMC-nin səhmlərini yaxın adamının adına keçirdiyi iddia edilir.
“Qafqazinfo”ya müraciət edən İran vətəndaşı Hacı Reza Əkbər bildirib ki, o, “Tulu Fəcr Tehran Limited” şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsidir və bu şirkət “AZPROF” MMC-nin 50 faiz payına malikdir.
İddiaya əsasən, milyonlarla dollar dəyərində olan onlara məxsus 50 faiz pay etibarsız əqd əsasında 10 min manata digər şəxslərə satılıb. Lakin bu alqı-satqı müqaviləsi Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilib. Apellyasiya və Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.
Şikayətçinin sözlərinə görə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra aylarla icra edilməyib: ““Tulu Fəcr Tehran Limited” şirkəti həmin müəssisədə rəsmi olaraq pay sahibi olsa da, faktiki olaraq fəaliyyət göstərə bilmirik.
Qətnamənin icra olunmamasının və məhkəmə instansiyalarında süründürməçiliyə məruz qalmağımızın səbəbi Ali Məhkəmənin hakimi Xəqani Məmmədovdur. Hazırda bizim şirkətə Xəqani Məmmədovun Xanlar adlı əmisi oğlu rəhbərlik edir.
Amma biz 50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik. Digər pay sahibləri də bizə açıq şəkildə deyir ki, qətnaməni ləğv etdirəcəyik, sizə məxsus pay artıq Xəqani Məmmədovundur”.
Hacı Reza Əkbər qeyd edir ki, aidiyyatı dövlət qurumlarına müraciət etdikdən sonra qarşı tərəf də Konstitusiya Məhkəməsinə müraciət edib: “Belə işlər nadir hallarda Konstitusiya Məhkəməsində icraata götürülür. Bu işi də Xəqani Məmmədov Konstitusiya Məhkəməsinə çıxartdı və qərarın ləğv edilərək yenidən apellyasiya instansiyasına göndərilməsinə nail oldu. Hətta bu iş üzrə Ali Məhkəmənin Plenum iclasında yeganə əleyhimizə sual verən hakim də Xəqani Məmmədov idi”.
“Qafqazinfo” iddialara münasibət öyrənmək üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli saytımıza açıqlamasında bildirib ki, bu məsələnin hakim Xəqani Məmmədova heç bir aidiyyatı yoxdur: “Xəqani Məmmədovun bu işdə hər hansı marağı yoxdur. Əgər iddia olunduğu kimi hansısa marağı olsaydı, elə Ali Məhkəmədə həmin İran vətəndaşının əleyhinə qərar çıxarılardı. Amma Ali Məhkəmədə Xəqani Məmmədovun da tərkibdə olduğu işdə qərar İran vətəndaşının xeyrinə çıxarılıb. Onların əleyhinə qərarı isə Konstitusuya Məhkəməsi verib”.
“Rəhbərimiz hakimin əmisi oğludur deyə şirkətə girə bilmirik” - NARAZILIQ!
18
iyun
12:04
Qarabağ
KOMMENTLƏR
Nazir müavini və deputat olan Səfərov qardaşlarının şirkətinin daha bir cinayəti - Qanunsuz məhkəmə qərarları necə çıxarılıb?
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Masallı yollarının “yediyi” milyonlar - Şahin Məmmədov sələflərinin “tender ənənəsi”ni qoruyur
Azərbaycan səmasının Cahangiri - milyardlar necə "uçur"?
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edildi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı