"Şikayətim "Bank of Baku"dandır. Bilmirəm bunu necə adlandırım". DİA.AZ bildirir ki, bu sözləri Rəsul Əliyev adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qurpundakı şikayətində ifadə edib.

"Bank of Baku" RƏSMƏN SOYĞUNÇUDUR...

Daha sonra narazı vətəndaş yazır: "Bu gün "Azərbaycan Beynəlxalq Bank"ının bankomatınnan "Bank of Baku" kartıyla 2 manat pul çıxartdım. 3 manat 50 qəpik komissiya haqqı tutdular.

Burdan komissiyanın bu həddə çatmağında "əməyi olan hər kəsə" salam deyirəm.

İnşallah haqqınıza 10 qat artıq girərlər..."
скачать dle 12.1