"50 nəfərədək iştirakçısı olan toylarda COVİD pasportu tələb olunmur, amma maska məcburidir. 150 nəfərə qədər qonaq olduğu halda isə, pasport mütləq olmalıdır, maska məcburi deyil. Yəni normal qorunma qaydalarıdır. Lakin indiyə qədər restoranlarda pasport tələb olunmadan böyük ölçülü qonaqlıqlar təşkil olunurdu və maskadan istifadə də edilmirdi. Toylarla bağlı bu niyə tətbiq olunur, müəmmalı məsələdir”.
Bunu Sfera.az-a açıqlamasında sosioloq Lalə Mehralı toylarla bağlı yeni qaydalardan danışarkən deyib. O bildirib ki, ümumilikdə toylara icazə verilməsi yaxşı addımdır:
"Amma əvvəlki adətlərdən qurtulmaqla bağlı yeni qaydalar tərtib etmək üçün pandemiya bir fürsət idi. Hazırda düzdür, qonaq sayı koronavirusa görə, müəyyən qədər endirilib. Lakin pandemiyadan sonra bu sayın 300-500-ə qalxacağı da istisna edilmir. Yenə əvvəlki ənənələr olacaq. Qadağalar bu istiqamətdə tətbiq olunsaydı, daha məqsədəuyğun olardı. Eyni zamanda yeməklərlə, içkilərlə əlaqəli addımlar atılmalı idi. Bizə bəllidir ki, yarımçıq qalan məhsulların aqibəti necə olur. Məsələn, içkilər yenidən kustar üsulla təkrar bağlanır və.s”.
Müsahibimiz qeyd edib ki, ümumilikdə toy adət-ənənəsinə yeni nəfəs gətirmək lazımdır:
"Necə ki, yas mərasimlərində qonaqlıqlar yığışdırıldı, eləcə də toylarda müəyyən sərhədlər olmalıdır”.
Qeyd edək ki, iyulun 1-dən etibarən Azərbaycanda toyların təşkilinə icazə verilir.
Sonradan qonaq sayı 300-500-ə qalxacaq - Toylarla bağlı daha bir AÇIQLAMA
22
iyun
13:44
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı