"Prosesin gedişi regionda yeni reallıqların formalaşacağını, sülh müqaviləsinin imzalanacağını deməyə əsas verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə möhkəmləndikdən sonra Azərbaycanla nəhayət sülh müqaviləsinin bağlamasına gedəcəyi ehtimalından danışarkən deyib:
"Ermənistanda keçirilən son parlament seçkiləri bir həqiqəti ortaya çıxardı. Erməni xalqı sülhə, əməkdaşlığa səs verərək, artıq müharibəyə yox deyir”.
Deputat deyir ki, prosesin gedişi regionda yeni reallıqların formalaşacağını deməyə əsas verir. Hansı ki, bu reallıqlar fonunda əməkdaşlıq məsələsi ön plana keçəcək. Bunun üçünsə, həmsöhbətimizə görə, ilk növbədə sülh müqaviləsi bağlanmalıdır:
"Bundan sonra İrəvanın Bakı ilə münasibətlərində bir sıra ciddi addımların atılması gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi sülh müqaviləsinin imzalanması artıq real məzmum kəsb edəcək. Dgər tərəfdən, Zəngəzur dəhlizinin açılması da reallaşacaq. Paşinyan özü dəfələrlə qeyd edib ki, Zəngəzur dəhlizinin açılmaması Ermənistanın İran və Rusiya ilə birbaşa dəmir yolu xəttinin açılmasına imkan verməyəcək. Nəticədə Ermənistan bundan sonra da blokada vəziyyətində qalacaq ki, bu da həmin ölkə üçün iqtisadi fəlakət deməkdir”.
E. Nəsirov qeyd edir ki, sülh müqaviləsinin imzalanmasından tək region ölkələri deyil, bütün dünya udacaq:
"Sülh müqaviləsi olmadan digər məsələlərin həlli çətin olacaq. Əməkdaşlıq yolunda sülh müqaviləsinin olması vacibdir”.
Deputat bildirir ki, sülh müqaviləsində ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası məsələsi birdəfəlik həllini tapmalı, sərhədlər birdəfəlik təsdiqlənməlidir:
"İrəvanın Azərbaycana qarşı ərazi iddiaları məsələsinə son qoyulması da burada öz təsdiqini tapmalıdır. Həmçinin, sülh müqaviləsində nəqliyyat-kommunikasiya xətlərinin bərpası məsələsi də yer almalıdır”.
E. Nəsirov düşünür ki, seçkinin başa çatması ilə altıtərəfli əməkdaşlıq formatının reallaşması üçün də münbit şərait yaranıb:
"Bu təşəbbüslə Azərbaycan və Türkiyə prezidentləri birgə çıxış ediblər. Seçkinin nəticələri bəlli olduqdan sonra Ermənistanın da bu əməkdaşlıq platformasının üzvü olması şansı kifayət qədər artıb”.
Prosesin gedişi sülh müqaviləsinin imzalanacağını deməyə əsas verir (ŞƏRH)
22
iyun
14:09
Qarabağ
KOMMENTLƏR
İrəvan artıq anlamalıdır: Qarabağ, “artsax” yox - Mixaylov
Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır - Prezident
Türkiyə Prezidenti Şuşadan Ermənistana çağırış etdi
"Ermənistan bütün bunlardan dərs alacaq" - Çavuşoğlu
"Münaqişə həll ediləndən sonra çoxsaylı təmaslarımız olub" - Prezident
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı