Azərbaycanın aparıcı mobil operatorlarından biri olan “Azercell Telekom” MMC Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adam Mübariz Mənsimova məxsus “Palmalife” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iclası bu günə – 24.06.2021-ci il tarixinə təyin olunub. İclasa Şirvan Kommersiya Məhkəməsinin hakim Elşən Abdullayev sədrlik edəcək. Mübahisənin tərəflər arasındakı öhdəliklərin yerinə yetirilməməsilə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 000 manat olan “Palmalife” MMC 13.10.2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lənkəran rayonu, Sütəmurad kəndində yerləşən MMC-nin direktoru Cəfərov İlham Balabək oğludur.
Onu da bildirək ki, hazırda “Palmalife” MMC-nin dövlət büdcəsinə də 7 min 328 manat 58 qəpik vergi borcu var.
Qeyd edək ki, “Palmalife” MMC qeydiyyatdan keçdikdən bir il sonra – 2011-ci ildə Lənkəran rayonunun Sütəmurad kəndində “Palmalife Lenkaran Resort” adlı 5 ulduzlu otel istifadəyə verib. Açılşı zamanı qeyd olunub ki, otel 22 otaqdan və 6 villadan ibarətdir.
Xatırladaq ki, Türkiyədə eyni adda – “Palmalife Bodrum Resort” adlı otel də fəaliyyət göstərir. (Yeniavaz.com)
"Azercell” Mübariz Mənsimovun şirkətini məhkəməyə verdi
24
iyun
17:29
Qarabağ
KOMMENTLƏR
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
Tanınmış iş adamına qarşı daha 2 MƏHKƏMƏ İDDİASI
Azərbaycanda bu da oldu: şirkət özünü məhkəməyə verdi
Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi – FOTOFAKT
Əli Həsənovun oğlunu məhkəməyə verdilər – SƏBƏB
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı