Azərbaycan ağırlıqqaldıranı Valentin Xristovun cəzası ağırlaşdırılıb.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytı xəbər verir ki, antidopinq qaydalarını pozduğu üçün 2015-ci ildə bütün yarışlardan 8 il müddətinə kənarlaşdırılmış 27 yaşlı idmançının diskvalifikasiya dövrü daha 2 il artırılıb. Bu, 2012-ci il London Yay Olimpiya Oyunları zamanı götürülmüş dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib.
2023-cü il dekabrın 15-dən qüvvəyə minəcək yeni cəzanın müddəti 2025-ci ilin 14 dekabrında başa çatacaq.
Qeyd edək ki, Valentin Xristov 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə dünya çempionatının, 2012-ci ildə isə London olimpiadasının bürünc mükafatçısı olub. O, 2013-cü ildə orqanizmindən dehidrometiltestosteron tapıldığı üçün 2 il, 2015-ci ildə orqanizmindən nandrolon aşkarlandığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristovun Londonda qazandığı medal, bu səbəbdən, idmançıdan alınıb.
Ağırlıqqaldıranımızın cəza müddəti artırıldı
24
iyun
20:41
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı