Məlum olduğu kimi, iki gün əvvəl təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetinə (ATU) yeni prorektor təyinatı ilə bağlı əmr imzalayıb. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə Kamran Rəsulov təyin olunub.
Sosial şəbəkələrdə yeni prorektorun daha əvvəl bu vəzifəni icra edən Abuzər Mirzəliyevin kürəkəni olduğu və nazirin qayınatanı kürəkənlə əvəz etdiyi bildirilir.
“Qafqazinfo” sosial şəbəkələrdə müzakirələrə səbəb olan məlumata aydınlıq gətirmək üçün universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb. ATU-nun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumat yanlışdır: “Kamran Rəsulov Sosial məsələlər və ictimaiyyəltlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Bundan əvvəl isə həmin vəzifəni Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov icra edib. İsa Xəliov işdən çıxıb, sonra nazirlik tərəfindən yeni Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi təsis olunub və ora Kamran Rəsulov təyin olunub.
Abuzər Mirzəliyev isə ay yarım öncə səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən ayrılıb. Yəqin ki, bu yaxınlarda onun da yerinə təyinat olacaq. Onun tutduğu vəzifə isə İnzibati təsərrüfat işləri üzrə prorektor vəzifəsi idi”.
Yeni prorektor qayınatasını əvəzləyib?
25
iyun
11:47
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı