Xızının Altıağac ərazisində yerləşən “Cənnət Bağı” istirahət mərkəzinə qonaq gələn “bir də gəlmərəm” deyib peşman olur. TİA.az xəbər verir ki, bu istirahət mərkəzində müştəriləri soğan qabığı kimi soyurlar. Müştərilərin sözlərinə görə, onlardan əvvəlcə depozit qoyulması tələb olunur. Həmin depozitdən hansısa xidmətdə istifadə olunmasa, o halda həmin məbləğ geri qaytarılmır və giriş haqqı kimi alınır. Belə ki, “Cənnət bağı” istirahət zonasına giriş adambaşı böyüklər üçün 5 manat, uçaqlar üçün 2 manatdır. Əgər içəri girib ərazidə baxış keçirmək istəsəniz və zooparka getməsəniz, çay içməsəniz pulunuz geri qaytarılmır. Belə desək, bura ayaq qoyan kimi adamdan pul alırlar. İstirahət mərkəzində restoran qiymətləri isə əl yandırır. Məsələn bir çaynik çay 5 manatdır.
Burada 250 qramlıq “cola”, yaxud “Fanta” 3 manatdır. Halbuki marketdə 50 qəpikdir. Həmçinin kabablar, içkilər, bütövlükdə menyu od qiymətinədir. Ona görə soyğunçuluqla üzləşən müştərilər bir daha “Cənnət bağı” na getmirlər. Qeyd edək ki, Azərbaycanda yay və qış turizmi olduqca bahalıdır. Ona görə vətəndaşlar qonşu ölkələrə üstünlük verirlər. Hazırda quru sərhədlər bağlı olduğu üçün vətəndaşlar daxili turizmdən yararlanmaq istəyirlər. Lakin qiymətlər dəhşətli dərəcədə bahadır.
"Cənnət Bağı"nda CƏHƏNNƏM MƏNZƏRƏSİ... - Bu bahalıqda turistin nə işi var...
12
iyul
16:49
Qarabağ
KOMMENTLƏR
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
Çimərlik mövsümü yaxınlaşdıqca sahilyanı restoranlar “od tutub yanır”:
Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ - TƏFƏRRÜATLAR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı