Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus olduğu bildirlən “GALS” MMC (VÖEN- 1701354961 ) və “SQ-Future” MMC-nin (VÖEN-1700495641) dövlət büdcəsinə 16 min manatdan çox vergi borcu var.
Yeniavaz.com Dövlət Vergilər Xidmətinə istinadən xəbər verir ki, “GALS” MMC-nin 14 min 284 manat 46 qəpik, “SQ-Future” MMC-nin isə 2 min 432 manat 89 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, “GALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir. MMC 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub.
Qeyd edək ki, bir il sonra - 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən “GALS” adlı şirkət təsis olunub.
“SQ-Future” MMC isə 2004-cü ildə Səbail rayonu, Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında təsis olunub. “SQ”nin isə Suad Qarayevin baş hərflərindən ibarət olduğu bildirilir. “SQ-Future” MMC-nin qeydiyyatda olduğu Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) direktor olduğu “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC-də qeydə alınıb.
Onu da qeyd edək ki, “GALS” adı ilə Azərbaycanda daha 3 şirkət fəaliyyət göstərir - “GALS Gallery”, “GALS Beauty and Spa” və "GALS Cleaning and Supply Services” MMC. Bunlardan başqa “GALS” MMC-nin qanuni təmsilçisi olan Fətullayev Abbas eyni zamanda Nərimanov rayonu, Hacı Murad, ev 21A ünvanında qeydiyyatda olan “TM Group” MMC-nin də qanuni təmsilçisidir.
Sabiq mədəniyyət nazirinin həyat yoldaşı və qızından başqa kürəkəni Şahriar Maleki də Azərbaycanda biznes fəaliyyətilə məşğuldur. Əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.
Xatırladaq ki, Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Əbülfəs Qarayevə məxsus şirkətlər vergilərini vaxtında ödəməyib - MƏBLƏĞ
13
iyul
13:14
Qarabağ
KOMMENTLƏR
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri AÇIQLANDI – Moskvada...
Abid Şərifovun ailə üzvlərinə aid şirkətlərin 100 minlərlə vergi borcu var - Siyahı
Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - FOTOFAKT
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı