Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub. Bəs bu faktlar ölkədə sürətli yayılmaya səbəb ola bilərmi?
Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd edib ki, ölkəmizdə yoluxma sayının son vaxtlar artmasının səbəbi "Delta" ştammı ilə əlaqəli deyil. Həkim əlavə edib ki, karantin qaydalarının yumşaldılması və toy, ad günü mərasimlərinin təşkilinə icazənin verilməsi yoluxma sayına təsir edib:
"Bildiyimiz kimi, hər dəfə yumşalmalar olduqda yoluxma sayında artım müşahidə edilir. Amma hazırda yoluxma sayında sürətli artım yoxdur. Çünki artıq ölkəmizdə koronavirusa yoluxanların və sağalanların sayı kifayət qədər çoxdur. Həm rəsmi, həm də qeyri-rəsmi statistikada. Qeyd edim ki, qeyri-rəsmi yoluxanların sayı rəsmidən düz 5 dəfə çoxdur. Təbii ki, yoluxma sayına vaksinasiya prosesi də öz təsirini göstərib. Buna görə də yoluxma sayı hazırda bir qədər ləng gedir. Habelə, indi yay fəslidir.
Bunun da yoluxma sayına təsiri var. Düzdür, bu yaxınlarda bizdə "Delta" ştammı aşkarlandı. Amma bu, test verənlər arasında aşkarlanıb. Böyük ehtimalla bu bizdə çoxdan var. Çünki qonşu ölkələrdə var idi.
Qeyd edim ki, hazırda 31 nəfər o qədər də çox say deyil. Ona görə də bu yoluxma sayı tək "Delta" ştammı ilə əlaqəli deyil. Hesab edirəm ki, karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq yenidən artım müşahidə olunur. Amma əvvəlki dalğalarda olduğu kimi təbii ki, elə də ciddi artım olmayacaq. Ola bilsin ki, karantin qaydaları həm "Delta" ştammına, həm də ümumi artma sayına görə yenidən tətbiq edilə bilər. Amma bunun əvvəlki kimi ciddi olacağına inanmıram".
M.Əliyev bildirib ki, “Delta” ştammı “Covid”in Böyük Britaniya variantı kimi sürətlidir və yoluxma sürəti böyükdür. Lakin “Delta”nın patogenliyi B.Britaniya variantından daha ağırdır:
“Delta”ya “Hindistan” ştammı da deyilir. Amma “Delta” Britaniya variantından demək olar ki, 60 faiz daha ağır ştamdır. “Delta” ilə bağlı şayiələr də çoxdur. Bu ştammın tam elmi sübutu hələ yoxdur. Ona görə də ən doğru yol, karantin qaydalarına ciddi riayət etmək, yoluxma sayının azalmasına güvənib riskə getməməkdir. Bir az gözləməliyik. Tövsiyəm budur ki, əhali özünü qorusun. Hər ehtimala qarşı ehtiyatı əldən verməməliyik".
Yoluxma sayının artımı "Delta" ştammı ilə əlaqəli deyil - AKTUAL
16
iyul
14:06

Qarabağ
KOMMENTLƏR
"Delta" ştammı haqqında bu məlumatları mütləq bilməlisiniz - VİDEO
Azərbaycanda 31 nəfərdə koronavirusun "Delta" ştammı aşkarlandı
"Delta" ştammı yaxınlaşır - Ölkəmizdə yenidən qapanma olacaq? - AÇIQLAMA
Daha bir ölkədə “Delta” ştammı aşkarlandı - Təhlükə böyüyür
Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat