Xalq artisti Səməd Səmədovun müalicə aldığı xəstəxanada vəfat etdiyi gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi statistikanın COVID-19-dan ölüm halının olmaması kimi təqdim edilməsi müzakirələrə yol açıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışova Modern.az-a bildirib ki, hər gün açıqlanan statistika bir gün əvvəlin məlumatlarını əhatə edir:
“Xalq artisti vəfat edən günün rəqəmləri 23 iyul səhər saat 9:00-dan 24 iyul səhər saat 9:00-a qədər dövrü əhatə edib. Səməd Səmədov isə 24 iyulda axşam saatlarında dünyasını dəyişib”.
Qeyd edək ki, Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə “Yeni Klinika” tibb müəssisəsinə daxil olub. Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib. Böyrək çatışmazlığı yaranıb. Xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.
Xalq artistinin ölümü müzakirə yaratdı - TƏBİB-dən açıqlama
26
iyul
13:27
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı