“Barəsində cinayət işi açılmış və hazırda Amerikada yaşayan Rəsul Quliyevin qoçuları, başda ona yaxınlığı ilə seçilən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif İbrahimov (Ağasif Şakiroğlu) olmaqla bizi bağımıza getməyə qoymurlar. Zaqulba şossesi 1,2,3,9 nömrəli ünvanda olan 8 evdən 4-də bizim ailə üzvlərimiz qeydiyyatdadır. Yerdə qalan 4 ev də bələdiyyə sənədləri ilə bizə məxsusdur. Bu Ağasif adlı 33 yaşlı gənc oğlan bizim evimizdə olan və hazırda bizim ailə üzvlərimizə məxsus qaz, su və işıqdan qeyri-qanuni istifadə edir. O, saxta sənədlər təqdim edərək polisləri də aldadır. Guya əlində məhkəmə qərarı var...”
“Yeni Sabah” xəbər verir ki, bu iddia ilə keçmiş deputat Hacı Qalib Salahzadənin yaxın qohumları Camalov Əminağa Əliağa oğlu, Camalov Həmidağa Əliağa oğlu və Əliyeva (Camalova) Lətifə Əliağa qızı çıxış ediblər.
R.Quliyev ilə Q.Salahzadə arasındakı mülkiyyət mübahisəsinə aydınlıq gətirən Camalovlar bildirirlər ki, 2010-cu ildə sabiq spikerin qohumları Q.Salahzadə ilə görüşüb və ondan halallıq istəyiblər.
“Rəsul Quliyevin qardaşı oğlu Rza Sabir oğlu Quliyev 2010-cu ildə əmisi Telman Quliyev və buzovnalı Hacı Nasir ilə birlikdə bacımız oğlu Hacı Qalibin yanına gəldilər və ondan halallıq istədilər ki, sənə qarşı düzgün hərəkət etməmişik. Saxta çıxarışlar üçün 70 min xərcimiz çıxıb, verirsən ver, vermirsən vermə. Hacı Nasir dedi ki, bunları aldadıblar. Qoy gözləri qalmasın ver bunlara 70 min manatı.
Hacı Qalib Hacı Nasirə deyib ki, mənə pulu 450 min dolları 1 bağdan ötrü yəni 60 sotdan ötrü keçmiş Bakı meri vəzifəsini müvəqqəti icra edən Ədalət Əzizov vermişdi. Ədalət Əzizov Rəsul Quliyevin yalançı olduğunu və qaçdığını görən kimi gəlib verdiyi 450 min ABŞ dollarını apardı və ondan sonra mer olan Rəfail Allahverdiyev 60 sot torpağı Rusiya Səfirliyinə daimi istifadəyə verdi. Ədalət Əzizov 450 min dolları verən zaman bacım oğlunun evinə gəlmişdilər. “Baksovet”də işləyən və hazırda sağ olan bacım oğlunun bir dostu ilə Rəsul Quliyevdən məhkəmə vasitəsi ilə (Hakim Anar Qasımov) qərar alıb ki, bizə qarşı heç bir iddiaları yoxdur.
Eyni zamanda Rza Quliyevin qardaşı Xəyal Quliyev də bacımız oğlunun onlarda olan Rusiya Səfirliyinə məxsus mülklərin qapıların açarlarını gətirib Hacı Qalibə verdilər. Bildirdilər ki, bunu onlara Rəsul Quliyev deyib. Bütün bunlardan sonra bacımız oğlu Quliyevlərin xahişlərini nəzərə alaraq, onların saxta sənədlərə görə çəkdikləri xərclərə görə düşdükləri zərəri qarşılamaq üçün hissə-hissə olmaqla - 20,30 və 30 min – ümumilikdə 70 min manat pulu onlara ödəyib.
İndi Rəsul Quliyev yeni bir oyuna başlayıb. Bu oyunda onu Bakıda olan bəzi vəzifə sahibi müdafiə edirlər: “Həmin adamlar özləri ortalıqda görünmürlər ki, hər şey aydınlaşar”.
Sabiq deputatın qohumları bildirirlər ki, partiya sədri olan Ağasif Şakiroğlu Hacı Qalibin yanında olub: “Rəsul Quliyev Bakını tərk edəndə Ağasifin 6-7 yaşı vardı. O yaşda uşağa Rəsul Quliyev bağ bağışlayıb? Məgər Quliyevin qohum-əqrəbası yoxdur ki, bağı onlara deyil, başqa bir adama bağışlayır?
Əslində bu oyunları təşkil edən şəxs məsul vəzifədə işləyir. Həmin adam öz müavinin yanında bacım oğlundan xahiş etdi ki, onda olan, Rəsul Quliyevin bacısı rəhmətlik Ceyran Bayram qızı Quliyevə aid 6-cı çıxarışın orijinal nüsxəsini ona verək. Həmin orijinal nüsxənin 2015- ci ildə olan “Dublikatı” hazırda bizdə var. Nədənsə həmişə 5 ədəd çıxarışdan söhbət edirlər.
Çıxarışlar 6 ədəd olub. Rəsul Quliyev niyə 6-cı çıxarışın adını çəkmir? Bakıda vəzifədə olan məlum adamlara deyilib ki, əgər bu söhbətlər yenidən başlasa, 6-cı çıxarışın orijinal dublikatı ortaya çıxarılacaq. Bu məsələ bir daha şişirdilsə çox adamın adları hallanacaq. Və bu sənəd kimlərin vəzifədə ola-ola dövlətə xəyanət etdiklərinə sübut olacaq.
Biz həqiqətən, bizə yaraşmayan hərəkətlərə yol vermək arzusunda deyilik. Ancaq görünür ki, bəzi adamlar namərd hərəkətlərini yerə qoymurlar. Allah gözünüzü doydursun”.
Camalovlar onu da bildirirlər ki, barəsində cinayət işi açılmış və hazırda Amerikada yaşayan Rəsul Quliyevin adamları onları bağ evlərinə getməyə qoymurlar: “Zaqulba şossesi 1,2,3,9 nömrəli ünvanda olan 8 evdən 4-ündə bizim ailə üzvlərimiz qeydiyyatdadır. Yerdə qalan 4 ev də bələdiyyə sənədləri ilə bizə məxsusdur. Bu Ağasif adlı 33 yaşlı gənc oğlan bizim evimizdə olan və hazırda bizim ailə üzvlərimizə məxsus qaz, su, işıqdan pulsuz, oğurluq edərək istifadə edir. O, saxta sənədlərlə polisi aldadır. Adını da qoyur ki, 2010-cu ildə məhkəmə qərarı var. 2010-cu ildə Rəsul Quliyev məgər Azərbaycanda olub ki, məhkəməsi də olsun. Polis saxta sənədləri Əmlak Komitəsində yoxlatdırmadan necə bizi bağımıza getməyə qoymaya bilər? Bir də Rəsul Quliyev və ailə üzvləri ABŞ vətəndaşlarıdır. Xarici vətəndaşların burada torpaq almaq icazəsi yoxdur. Sual olunur, bəzi vəzifə sahibləri nə üçün Ağasif İbrahimov kimi gənc partiya sədrini müdafiə edirlər? İndi bu cavan oğlan saxta order və çıxarışlarla bağ evlərini maklerlər vasitəsilə satışa çıxarır.
Ədliyyə naziri Fikrət Məmmədovdan xahiş edirik ki, məhkəmə icraçılarından tələb etsin.
1. Niyə Əmlak Komitəsindən mütəxəssis çağırmırlar?
2. Niyə Rəsul Quliyevin əlində olan saxta order və çıxarışları yoxlamayıblar?
3. Sabunçu rayon Məhkəmə işçiləri hakim Mehriban Qarayeva ilə 2018 ci ildə gizlicə məhkəmə keçirib və gizlicə qərar qəbul edib. Kimin tapşırığı və göstərişinə görə?
Mən Sizdən ancaq qanuni yolla məsələnin həllini istəyirəm”.
Səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Rəsul Quliyevlə Hacı Qalib arasında 450 min dollarlıq savaş: “Allah gözünüzü doydursun”
02
avqust
12:24
Qarabağ
KOMMENTLƏR
Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu
Keçmiş deputatın başı cəncəldə - ÇƏKİŞMƏ...
Zaqatala İH-nın sevimli iş adamı: Zeynal İbrahimovla 230 min manatlıq müqavilə
Zaqatala İH-nın sevimli iş adamı: Zeynal İbrahimovla 230 min manatlıq müqavilə
Şirvan şəhərində Ədliyyə Nazirliyinin işçisi Cabir Abbasov özünü nazir kimi aparır-ŞİKAYƏT
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı