"Bu gün- 03.08.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsində (sədrlik edən Səadət Bektaşi, Aida Hüseyn və Azər Hüseynov) Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN-in tabeliyindəki DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə qarşı “məhkəmənin icra sənədi olmadan pensiyasının yarıqat edilməsindən dəyən maddi və mənəvi ziyanın ödənilməsi və digər tələblər” üzrə Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) qərarından apellyasiya şikayətinə baxılıb və heç bir vəsatətə, sübuta, Konstitusiyaya , İPM-ə əsaslanmadan aşağı instansiya hakiminin “daxili inam” qeyri-prosessuallığı qüvvədə saxlanılıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Yenə də Qarabağ qazisi yalquzaq kimi həm cavabdehə, həm də məhkəmə heyətinə qarşı tək “vuruşmalı” olub və təbii ki, haqlı olsa da haqqa uduzub. Qazinin əvvəllər işin baxılmasında iştirak etmiş Aida Hüseynə etirazına da baxılmayıb. Eyni zamanda, 3-cü şəxs Suraxanı icra və probasiya şöbəsinin və icra məmuru Vüsal Əliyevin məcburi iştirakının təmin edilməsi haqqında vəsatətinə də baxılmayıb. Beləcə, məhkəmənin icra sənədi olmadan Qarabağ qazisinin cəmi 350 manatlıq pensiyasının DSMF məmurlarının dələduzlarla şərikliklə yeməsinə haqq qazandırılıb. Qazinin Ali Məhkəməyə 3-cü dəfə kassasiya şikayəti verəcəyi bir ay müddətində gerçəkləşəcək.
Görək, Ali Məhkəmə aşağı instansiyaların aktlarını 3-cü dəfə də ləğv edəcək? Hər halda, ləğv etməməyə heç bir əsas yoxdur!
QARABAĞ QAZİSİNİN PENSİYASINI YEMƏKLƏ QARNINIZ, GÖZÜNÜZ DOYACAQSA, YEYİN, HARAMINIZ OLSUN! ONSUZ DA AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ QARNINIZA YEDİYİNİZİ BURNUNUZDAN GƏTİRƏCƏK!
P. S. “Boğazı ucundan baş yozan “ məhkəmə - hüquq dəllallarının qeyri -prosessual diqqətinə “İcra haqqında” qanunun 68.1 maddəsini bir daha çatdırırıq :”TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ “!"
Bakı Apellyasiya Məhkəməsi Qarabağ qazisinin pensiyasını DSMF-ə yedirtdi - 3-cü dəfə...
03
avqust
14:46
Qarabağ
KOMMENTLƏR
Məhkəmə-hüquq sisteminin növbəti özbaşınalığı - 2 ildən sonra qazinin ərizəsinə baxacaq
Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır
Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI - NARAZILIQ!
ƏƏSMN Qarabağ Qazisinə qarşı SAVAŞ APARIR - NARAZILIQ!
Qarabağ qazisinə qarşı məhkəmə - vəkil özbaşınalığı davam edir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı